Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticəsi açıqlandı

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticəsi açıqlandıDövlət qulluğuna qəbul üçün oktyabrın 8-də keçirilən test imtahanının nəticəsi elan olunub.
azxeber.com xəbər verir ki, kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2079 namizəddən 40 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 23 nəfər, BA2 altqrupu üzrə 36 nəfər, BA3 altqrupu üzrə 63 nəfər, BA4 altqrupu üzrə 55 nəfər, BB1 altqrupu üzrə 171 nəfər, BB2 altqrupu üzrə 210 nəfər, BB3 altqrupu üzrə 269 nəfər, BB4 altqrupu üzrə 260 nəfər olmaqla, ümumilikdə 1087 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün oktyabrın 10-dan 23-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin "skan" edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 10 oktyabr saat 10:00-dan 12 oktyabr 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Sosial       Tarix: 10 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler son xeberler bu gun xəbərlər.com sonxeber az