Dövlət Xidməti: 'Azərbaycana DDOS və digər tipli kiberhücumların qarşısı uğurla alınır

Dövlət Xidməti: 'Azərbaycana DDOS və digər tipli kiberhücumların qarşısı uğurla alınır "Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (XRİTDX) ölkəmizə qarşı keçirilən kiberhücumları daima nəzarətdə saxlayaraq onların 24/7 monitorinqini aparır".
azxeber.com xəbər verir ki, bunu qurumun idarə rəisi Tural Məmmədov İTV-yə müsahibəsində deyib.
"İstər müharibənin aktiv fazalarında istərsə də gündəlik fəaliyyətimizdə Xidmətimiz belə kiberhücum hazırlıqlarını istər xarici xüsusi xidmət orqanları və ya CERT mərkəzləri ilə aramızda olan müxtəlif beynəlxalq əməkdaşlıqlar hesabına, istərsə də kiberkəşfiyyat həllərinin köməkliyi ilə nəzarətdə saxlayaraq hər hansı təhdid yaranması zamanı bu barədə müvafiq qurumları, kritik infrastruktur obyektlərini, eləcə də vətəndaşları məlumatlandırır və kiberhücumların bəzən ölkə səviyyəsində bəzən ölkədən kənarda bəzən isə dövlət şəbəkəsi üzrə qarşısının alınması üçün müxtəlif səviyyəli tədbirləri Dövlət Təhlükəsizlik Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və backbone providerlərlə birgə həyata keçirərək koordinasiya edirik", - deyə o, qeyd edib.
Dövlət rəsmisinin sözlərinə görə, avqustun 4-dən başlayaraq Azərbaycanın dövlət qurumlarına, banklarına, xəbər saytlarına, universitet və bəzi provayderlərə edilən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır: "Dövlət Xidmətinin gördüyü tədbirlər "AzstateNet" şəbəkəsinə qoşulmuş dövlət qurumlarına fəaliyyətini kəsintisiz və təhlükəsiz davam etdirməsi üçün xüsusi üstünlük verir".
"Hazırda 40G həcmində saniyədə 10 milyon sorğu sayı ilə daxil olan DDOS hücumlarının qarşısı alınmaqdadır", - deyə T.Məmmədov əlavə edib.
Onun sözlərinə görə, erməni kiberqüvvələrinin QİSAS antiterror əməliyyatına cavab olaraq başladığı bu kiberehücum kompaniyasında istifadə edilən ip ünvanların analizi onların müxtəlif ölkələrə aid yoluxmuş sistemlərin və zombi kompüterlərin İP ünvanlarını əhatə etdiyini göstərsə də, bunların içində qonşu dövlətlərə aid İP ünvanların olması halları xüsusi diqqət çəkir: "Belə İP-lərin "spoofed" və yaxud "zombie" İP ünvanlar olub olmamasının hazırda müəyyənləşdirilməsi üzrə beynəlxalq tərəfdaşlarla işlər davam etdirilir. Son 7 ayda kiberhücumların analizi ilə 427 IOC bloklanmaqla xüsusi hədəflənmiş çoxsaylı APT kiberhücumlarının qarşısı alınıb".
"Məlumat üçün bir məsələyə də aydınlıq gətirmək istərdim. Bəzən kiberhücumlar xüsusən də DDOS hücumları zamanı müvafiq İP rangelər tərəfimizdən bloklanır. Nəticədə həmin sistemlərə girə bilməyən hakerlər sistemi çökdürdüyünü düşünərək ekran görüntüləri paylaşırlar. Belə ekran görüntülərinə aldanmamaq lazımdır, belə ki, bu onların istfadə etdikləri ip rangelərin blokda olması ilə izah olunur. Realda isə həmin sistemlərin fasiləsiz fəaliyyətinin təmin edilməsini o resurslara daxil olmaqla yoxlamaq olar", - deyə o, əlavə edib.
"Ümumilikdə qeyd etmək istəyirəm ki, belə kiberhücumlar əslində sadəcə xüsusi hadisə və zamanlarda intensivlik təşkil etsə də onların davamlılığında demək olar ki, heç bir zaman fasilə yaranmır. Biz daima belə kiberhücumların, insidentlərin emalı ilə məşğul olur, onların təsirinin dövlət informasiya sistemlərində hiss olunmaması üçün 24/7 fəaliyyət göstəririk. Bununla yanaşı Xidmətimizin audit/pentest idarəsi dövlət qurumlarına aid informasiya sistemlərini daima yeni yaranan təhdid növlərinə qarşı dayanıqlılığını yoxlayır və müvafiq hesabatları boşluqların aradan qaldırılması üçün aidiyyatı üzrə təqdim edir.
Son 7 ay ərzində dövlət orqanlarına məxsus 278 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün tədbirlər görülüb", - deyə T.Məmmədov vurğulayıb.

Sosial       Tarix: 08 avqust 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler azerbaycan xankendi sonxeberler valyuta mezennesi