Dövlət zorlanaraq hamilə qalan 11 yaşlı qız və körpəsini nəzarətə götürdü - RƏSMİ
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məsələ barədə məlumat yayıb.
Qurumdan bildirilib ki, faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun açıqlamasında hadisənin həqiqiliyi təsdiqlənmiş və Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinin başlanılıb.
Məsələ ilə əlaqədar Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən ana və uşaq nəzarətə götürülüb.
Uşaqların mənafeyinə uyğun zəruri tədbirlər görüləcək.
Aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcək.
"Valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur", - Dövlət Komitəsinin məlumatında qeyd edilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR