Döymə ustasının bacarıqsızlığı qadını məşhur etdi - VİDEO
Döymə ustasının bacarıqsızlığı qadını məşhur etdi - VİDEO
Döymə elətdirmək istəyən ABŞ sakini ustanın bacarıqsızlığının qurbanı olub. Ancaq bu uğursuzluq qadına şöhrət gətirib. Belə ki, "TikTok" hesabında bununla bağlı paylaşdığı video milyonlarla baxış toplayıb.
Holli adlı qadının sözlərinə görə, əri ilə boşandıqdan sonra mənəvi ağrısını yüngülləşdirmək üçün yeni döymə vurdurmaq qərarına gəlib.
O, artıq bədənində bir neçə bir neçə döymə elətdirmişdi, nəticələrdən də razı qalmışdı. Yenə həmin ustaya müraciət edib.
Bu dəfə döymə üçün çiçəklərlə əhatə olunmuş kitab yığını şəklində bir təsvir seçdi. Hollinin sözlərinə görə, rəsmi köçürmək vaxtı gələndə usta qəribə davranmağa başlayıb: əli əsib, başı tez-tez aşağı düşüb, çaşqın şəkildə danışıb, özünü qəribə aparıb. Sondakı nəticəni görən qadın heyrətə düşüb.
Hollinin sözlərinə görə, hadisədən sonra usta uğursuz işi düzəltmək üçün bir neçə dəfə onunla əlaqə saxlamağa çalışıb, lakin qadın bundan imtina edib.
Sosial şəbəkələrdə virus kimi yayılan kadrlar az müddəndə 4,1 milyon baxış və 573,7 min bəyənmə toplayıb. İstifadəçilər nəşrin altındakı şərhlərdə onu dəstəkləyiblər.
"Bu xəstəni məhkəməyə verin", "Mənə deyin ki, bu, zarafatdır", "Bu, tamamilə qeyri-adekvatdır. Bəlkə narkomandır?", "Təəssüf edirəm. Yaxşısı budur, bu şəkildən qurtulun", "Dəhşət", - istifadəçilər yazıblar.
Mənbə: Lenta.ru
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR