Dream Fest' rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu

Dream Fest' rusiyalı ulduzlardan və rus şou-biznesindən azad olduBiz yenə də əsl mahiyyəti bir kənara atıb, sosial şəbəkələrdə xırda məsələlər barədə danışırıq: kim nə geyindi, kim nə dedi, kimə nə irad bildirdi. Beləcə həm özümüzü, həm də fikirlərimizlə razı olmayan qarşı tərəfi qıcıqlandırıb əsəbləşdiririk.
Bakıda növbəti, el arasında "Jara" kimi tanınan "Dream Fest" festivalı keçirildi. Mən də bu festivalda "Miri Yusif" komandası ilə birlikdə iştirak etdim.
Amma gəlin yenə mahiyyətə qayıdaq. Söhbət kimin nə geyindiyindən, o geyimin kim tərəfindən bəyənilməsindən və ya bəyənilməməsindən getmir. Haşiyəyə çıxım: 38 dərəcə istidə Justinin (Imagine Dragons-dan fərqli olaraq) qış kürkü ilə səhnəyə çıxmasını demək olar ki, heç kim müzakirə etmədi. Bəlkə də Justin yaxşı bilir ki, Vasmoyda necə davranmaq lazımdır.
Əsl mahiyyət ondadır ki, builki "Jara", yəni Dream Fest, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldu.
Nə olur olsun, bizimkilər "şimallılardan" geri qalmır. Üstəlik, bu sadəcə mədəniyyət məsələsi deyil. Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də ümumiyyətlə bütün sahələrdə. Bizim öz ulduzlarımız yetişməlidir, öz sənətçilərimiz bu böyük səhnədə özlərini real ulduz kimi hiss etməlidirlər.
İndi isə qayıdaq əsas mövzuya. Biz bir daha göstərdik ki, öz böyük səhnəmizdə özümüz ola bilirik.
Məsələn, Türkiyədə klublarda və restoranlarda nadir hallarda xarici mahnı səslənir. Çünki onlarda öz sənətçilərinə inam və sevgi var. Bizdə də belə olmalıdır. Kim istəyir, buyursun gəlsin: rusiyalı artistlər də. Amma zalda oturub sakitcə baxsınlar. Çünki bu səhnə artıq bizə məxsus olmalıdır. Bu festivalın əsl mahiyyəti də elə budur.
Emin Əfəndi / azxeber.com

Şou Biznes       Tarix: 30 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber cəbhədən son məlumatlar xəbərlər.com krimnal xeber