DSX əməliyyat keçirdi, saxlanılan var - FOTO

DSX əməliyyat keçirdi, saxlanılan var - FOTODövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin əmək­daşları tərəfindən 9815 qram narkotik vasitəyə bənzər maddənin və 2990 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə DSX Mətbuat mərkəzi məlumat yayıb.
Xəbərə görə, may ayının 6-da saat 17:50 radələrində Yardımlı rayonunun Perimbel kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sahibsiz halda 1 ədəd göy rəngli çantanın içərisində təxmini çəkisi 2 kiloqram narkotik vasitə "marixuana"ya bənzər maddələr, 1 ədəd dərman vasitəsi "Guaifenesin" və 1 ədəd 200 ml plastik qabda naməlum tərkibli maye aşkar olunaraq götürülüb.
May ayının 9-da saat 02:30 radələrində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi və geri qayıtması sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq naməlum ayaq izləri aşkarlanıb. Həyata keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Biləsuvar-Bakı avtomagistral yolunda içərisində 2 nəfər şübhəli şəxsin olduğu "Ravon Nexia R-3" markalı 99-PF-541 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.
Saxlanılan şəxslərin Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Vəliyev Rafiq Rəşid oğlu və Abşeron rayon sakini 1994-cü il təvəllüdlü Əliyoldaşov Süleyman Bəydəmir oğlu olmaları müəyyənləşdirilib, avtomobilə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 7815 qram narkotik vasitə "marixuana"yabənzər maddə və 2990 ədəd "metadon-40" psixotrop həbi aşkarlanıb.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Hadisə       Tarix: 11 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber meherremlik 2026 son xeberler azerbaycan sonxabar