DTX-nin Akademiyasının Nizamnaməsində dəyişikliklər edildi

DTX-nin Akademiyasının Nizamnaməsində dəyişikliklər edildiPrezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, sərəncamla "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilib:
1. 1.2-ci bənddə "təhsilin əyani (gündüz) və qiyabi forması" sözləri "ali təhsil proqramları" sözləri ilə əvəz edilsin.
2. 3.3-cü bəndin "e" yarımbəndindən "və elmi-pedaqoji" sözləri çıxarılsın.
3. 4.6-cı bəndin "d" yarımbəndinə "buraxılışı" sözündən sonra ", dissertantların təhkim olunması" sözləri əlavə edilsin.
4. 4.11-ci bənd üzrə:
4.1. "d" yarımbəndində "imtahanlarının" sözü "attestasiyasının" sözü ilə, "İmtahan Komissiyasının" sözləri "Attestasiya Komissiyasının, ixtisaslaşdırılmış şuraların" sözləri ilə əvəz edilsin;
4.2. "ə" yarımbəndində "müəyyən olunmuş qaydada "professor", "dosent", "baş elmi işçi" və başqa" sözləri "Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə uyğun olaraq" sözləri ilə əvəz edilsin;
4.3. "g" yarımbəndi aşağıdakı redaksiyada verilsin:
"g) dissertasiya mövzularını müəyyən edir, adyunktların və dissertantların fərdi iş planlarını təsdiq edir, müraciət etmiş şəxslər sırasından adyunkturaya qəbul və dissertant kimi təhkim olunma üçün namizədləri, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün namizədləri tövsiyə edir;".
5. 5.2-ci bəndə "nizamnamələri," sözündən sonra "Azərbaycan Respublikasının Əmək Məcəlləsi," sözləri, "normativ" sözündən sonra "hüquqi" sözü əlavə edilsin.
6. 5.7-ci bənd üzrə:
6.1. birinci abzasa "nizamnamələrində," sözündən sonra "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və" sözləri, "normativ" sözündən sonra "hüquqi" sözü əlavə edilsin;
6.2. ikinci abzasda "Respublika qanunvericiliyinə" sözləri "Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"yə və digər normativ hüquqi aktlara" sözləri ilə əvəz edilsin.
7. 5.13-cü bənd aşağıdakı redaksiyada verilsin:
"5.13. Akademiyada magistr dissertasiyalarının müdafiəsinin təşkili üçün ixtisaslaşdırılmış şuralar, habelə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün dissertasiya şuraları yaradılır.".
8. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"6.1. Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan kursantlar, dinləyicilər, adyunktlar və dissertantlardır.".
9. 6.2-ci bənd üzrə:
9.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
"Kursantlar – Akademiyada ali təhsilin bakalavriat səviyyəsində təhsil alan, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçulardır.";
9.2. ikinci abzasa "əlavə təhsil" sözlərindən əvvəl "ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş, həmçinin" sözləri əlavə edilsin;
9.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
"Dissertantlar ─ Akademiyada müstəqil surətdə dissertasiya işini yerinə yetirən hərbi qulluqçular və mülki şəxslərdir.".
10. 6.9-cu bənd üzrə:
10.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
"Akademiyada ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul, biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin və bakalavrların əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Akademiyada adyunkturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.";
10.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
"Abituriyentlərin Akademiyaya ali təhsilin bakalavriat səviyyəsinə kursant qismində qəbul edilməsi Akademiya rəisinin, dinləyicilərin və adyunktların qəbul edilməsi (dissertantların təhkim olunması) isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə həyata keçirilir.";
10.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
"Müddətli həqiqi hərbi xidmət keçməyən şəxslər sırasından Akademiyaya qəbul edilmiş kursantlara "əsgər" hərbi rütbəsi verilir. Akademiyaya qəbul edilən hərbi qulluqçular, qəbulla eyni vaxtda həqiqi hərbi xidmətə daxil edilən abituriyentlər, habelə bakalavrlar sırasından Akademiyaya qəbul edilənədək həqiqi hərbi xidmət keçmiş və hərbi rütbə almış hərbi vəzifəlilər üçün həmin hərbi rütbələr saxlanılır.".
11. 6.17-ci bənd aşağıdakı redaksiyada verilsin:
"Ali təhsilin bakalavriat və magistratura səviyyələrinin təhsil proqramlarını mənimsəmiş, dövlət attestasiyasından müvəffəq qiymət almış kursantlara və dinləyicilərə müvafiq olaraq "bakalavr" ali peşə-ixtisas və "magistr" ali elmi-ixtisas dərəcələri verilir, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi ─ diplom və döş nişanı təqdim edilir.
Akademiyanın ali təhsilin bakalavriat və magistratura səviyyələrini bitirmiş, zabit hərbi rütbəsi olmayan məzunlarına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə "leytenant" ilk zabit hərbi rütbəsi verilir.".
12. 6.18-ci bəndin birinci cümləsində "Dövlət İmtahan Komissiyasının qərarı ilə fərqlənmə diplomu alan" sözləri "Akademiyada ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirən" sözləri ilə, "daxil" sözü "qəbul" sözü ilə əvəz edilsin.
13. Aşağıdakı məzmunda 6.19-cu və 6.20-ci bəndlər əlavə edilsin:
"6.19. Adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi qulluqçulara və mülki şəxslərə elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi ─ diplom verilir.
6.20. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil alaraq müvafiq təhsil proqramlarını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış hərbi qulluqçulara "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd verilir".

Siyasi       Tarix: 16 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər qarabag krminal bu gun xeberler az