Duma Dağlıq Qarabağa dair bəyanat layihəsinə baxacaq
Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Duması bu gün keçiriləcək iclasda Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar hərbi əməliyyatların dayandırılmasına və münaqişənin sülh yolu ilə həll edilməsi məqsədi ilə vasitəçilik təklifinə dair bəyanat layihəsinə baxacaq.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi tərəfindən hazırlanan bəyanat layihəsinə əsasən, alt palatanın deputatları "Dağlıq Qarabağ münaqişəsi zonasında çoxsaylı insan ölümünə səbəb olan vəziyyətin kəskin şəkildə gərginləşməsindən ciddi narahatlıqlarını bildirirlər və tərəflərin güc tətbiq etməsini qətiyyətlə pisləyirlər".
Dövlət Duması "dərhal atəşkəsə ehtiyac olduğunu, bölgədə qarşıdurmanın artmasının qarşısının alınmasını və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını" elan etmək niyyətindədir: "Dövlət Dumasının deputatları tərəfləri ən qısa müddətdə danışıqlar prosesinə qayıtmağa çağırırlar və vəziyyətin sabitləşdirilməsu üçün vasitəçilik etməyə hazırdırlar".

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA