Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı

Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı"Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlıların birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Ümummilli Lider Heydər Əliyev
Azərbaycanın tarixi torpaqları havadarlarının dəstəyi ilə erməni qəsbkarları tərəfindən 30 il işğal altında saxlanılırdı. Bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşmüş, öz doğmalarını itirmişdir. Milli-mənəvi sərvətlərimiz dağıdılıb, talan edilmiş, bir çox kəndlərimiz, qəsəbələrimiz tamamilə yer üzündən silinmişdir. ATƏT-in Minsk Qrupu, demək olar ki, tamamilə fəaliyyətsiz idi. Minsk Qrupunun qəbul etdiyi bəyanatlar yalnız kağız üzərində qalırdı. Erməni tərəfi bu bəyanatlara heç bir əhəmiyyət verməyərək yeni torpaq iddiasıyla təmas nöqtələrimizi durmadan atəşə tuturdu. 
Uzaqgörən siyasətçi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə yüksək səviyyədə təlim görmüş Milli Ordunun, qəhrəman, igid vətən oğullarının sayəsində doğma vətən torpaqlarımız işğaldan azad edildi. 
Bu Zəfərin qazanılmasında dünya azərbaycanlılarının da payı var idi.
Artıq Azərbaycan doğma Qarabağda, azad olunmuş Şuşada Dünya Azərbaycanlılarının Zəfər qurultayını keçirir. Dünya azərbaycanlılarının V-ci Qurultayının Zəfər Qurultayı adlandırılması da təsadüfi deyildir. Tarixi zəfərimizdən sonra bu ilk qurultaydır ki, dünya azərbaycanlıları doğma vətənlərinə toplaşır. Bu qurultayın isə məhz Şuşada keçirilməsi olduqca qürurvericidir. 
Sevimli Şuşa da qucağını açaraq illərlə görmədiyi doğmalarını ilıq hava ilə, hərarətlə, gül-çiçəklə qarşılayırdı. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi".
30 il gedən mənasız danışıqlara, kağız üzərində qalan bəyanatlara, qərarlara Azərbaycan 44 günlük müharibədə öz möhtəşəm Zəfəri ilə son qoydu. Beynəlxalq təşkilatların edə bilmədiyi və yaxud etmək istəmədiyi ədaləti bərpa etdi. Haqq öz yerini tutdu. Azərbaycan xalqı öz torpaqlarına sahib çıxdı. Beynəlxalq təşkilatlar Azərbaycan xalqını bu acı vəziyyətlə barışdırmaq üçün olduqca böyük səy göstərdi. Lakin bütün bu təziqlərə, haqsızlıqlara baxmayaraq, bu müddət ərzində xalqımız heç vaxt işğalla barışmaq fikrində olmayıb. Odur ki, Azərbaycan yalnız işğalçı Ermənistanla deyil, eyni zamanda onun himayədarları ilə də müharibə aparıb. 
Ali Baş Komandanımızın 2020-ci il sentyabr ayının 27-də xalqa müraciəti-çağırışı ilə bütün mərd, vətənpərvər Azərbaycan xalqı ayağa qalxaraq canını vətən üçün fəda etməyə hazır olduğunu bildirdi. Vətənpərvərlik ruhunda yetişən gənclərimiz vətən üçün şəhid olmağı özlərinə şərəf bilirdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratmetrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gediş-gəliş çox rahat olacaq".
Azad edilmiş torpaqlarımızda bu gün qlobal işlər gedir. Yollar, tunellər çəkilir, binalar, evlər tikilir, bu yerlərdən qaçqın, köçkün düşmüş soydaşlarımızın öz doğma dədə-baba yurdlarında rahat yaşamaları üçün hər bir şərait yaradılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağıdılmış Ağdamı xarici ekspetlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxardırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşizmi məhv etdik".
Müharibədən əvvəlki dövrdə və müharibə vaxtı Azərbaycan Prezidenti dəfələrlə xarici mətbuatlara müsahibə verdi. Öz çıxışlarında cənab Prezidentimiz həqiqəti bütün dünyaya çatdırdı. 
Xalqımız bundan sonra da susmamalı, daim haqq səsini ucaltmalıdır. Bu haqq səsimizi bütün dünyaya çatdırmaq üçün dünya azərbaycanlıları da olduqca fəal olmalıdır. Düşmən çox hiyləgər və məkrlidir, odur ki, belə qonşu ilə həmişə ayıq-sayıq olmalıyıq.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru

Siyasi       Tarix: 26 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər valyuta mezenesi enson xeberler xeber.az