Dünya Bankından Azərbaycanla bağlı proqnoz

Dünya Bankından Azərbaycanla bağlı proqnozDünya Bankı 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7% səviyyəsində proqnozlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə report-a Dünya Bankından məlumat verilib.
Bankın proqnozlarına əsasən, ölkədə ÜDM-in artım tempi 2026-cı ildə 2,4%-ə, 2027-ci ildə 2,3%-ə, 2028-2029-cu illərdə isə 2,2%-ə qədər azalacaq. 2025-2029-cu illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla ildə 2,4% artacaq.
Bankın hesablamalarına görə, əsas yataqların (Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar bloku) köhnəlməsi səbəbindən neft hasilatı azalmağa davam edəcək, təbii qaz hasilatı ("Şahdəniz" yatağında) isə 2024-2025-ci illərdəki pik səviyyələrdən sonra sabitləşəcək.
İqtisadiyyatın qeyri-resurs sektorları, əsasən xidmət və tikinti sektoru ildə 4% səviyyəsində artım nümayiş etdirəcək. Tikinti sektoru, güman ki, dövlət investisiyalarına meylli olacaq.
Dünya Bankından bildirilib ki, iqtisadiyyatda dövlətin yüksək payı, maliyyə bazarının zəif inkişafı və kifayət qədər insan kapitalının olmaması kimi əsas struktur məhdudiyyətləri aradan qaldırılarsa, ortamüddətli perspektivdə artım templəri sürətlənə bilər. Bunun üçün isə son vaxtlar qəbul edilmiş rəqabət qanunu və maliyyə sektorunda normativ-hüquqi aktlarının səmərəli şəkildə həyata keçirilməsi lazımdır.
Dünya Bankının proqnozlarına görə, ölkənin xarici və fiskal vəziyyəti ortamüddətli perspektivdə dayanıqlı olaraq qalacaq, hərçənd karbohidrogen gəlirlərinin hasilat həcmlərinə uyğun olaraq azalması səbəbindən profisitlərin azalacağı gözlənilir.
"Eyni zamanda iqtisadi proqnozlar geosiyasi amillər, qlobal iqtisadi dəyişikliklər və iqlim çağırışları da daxil olmaqla bir sıra risklərə məruz qalır", – bankdan qeyd edilib.
Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-cü ildə ÜDM-in artımını 3,5 %, Mərkəzi Bank isə 3,3% səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illər üzrə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları dəyişir: "S&P Global" – illik 2%, "Fitch Ratings" – 2025-ci ildə 3% və 2026-cı ildə 2,4%, "Moody"s" – illik 2,5%. Niderlandın ING bankı isə ölkədə iqtisadi artımın bu il 2,6%, gələn il isə 2,8% səviyyəsində olacağını gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1% artıb.

Sosial       Tarix: 01 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər son xeberler azerbaycan xeber.az son xeberler idman xeberleri