Dünya qaz böhranı ilə üz-üzə - ABŞ və Avropa yeni yollar axtarır

Dünya qaz böhranı ilə üz-üzə - ABŞ və Avropa yeni yollar axtarır"Financial Times" nəşri Fars körfəzində yaranan böhran fonunda yaxın günlərdə dünya üzrə qaz çatışmazlığının qaçılmaz ola biləcəyini yazır.
Böhran dərinləşərsə, Avropa ölkələri alternativ qaz mənbələrini necə təmin edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar İctimai Birliyinin Prezidenti İlqar Hüseynli bildirib:
Dünya qaz böhranı ilə üz-üzə - ABŞ və Avropa yeni yollar axtarır"Avropa Rusiya qazından imtina edib. Demək olar ki, alternativ təchizatını Amerikadan Sıxılmış Təbii Qaz (STQ) vasitəsilə yaratmaq yolunu seçib. Rusiya və Azərbaycan qazı Avropaya borular vasitəsi ilə nəql olunur. Bu, tam axınlı maye qazıdır. Amma təəssüflər olsun ki, Avropa qaz nəqlinin şaxələndirmə prosesini həyata keçirmədi və boşluq yaratdı. Nəticədə Avropa Amerika qazından asılı vəziyyətə düşdü".
İlqar Hüseynlinin sözlərinə görə, hazırda Azərbaycan qazının əksər hissəsini İtaliya və Avropanın digər ölkələri alır. Amma bu, böyük təchizat faizi deyil. ABŞ-ın sıxılmış maye qazı da tankerlərlə Qətər və Hörmüz boğazından daşınırdı. Bu gün körfəzdə yaranan gərginlik Avropanın qaz təchizatı üçün çox ciddi problemlərə səbəb olur.
Bir neçə fərqli yolların seçilməsindən bəhs edən mütəxəsis vurğulayıb:
"Həmin boru vasitəsilə Azərbaycan qazının şaxələndirilməsi həyata keçirilə bilər. Eyni zamanda Türkmənistan qazını da bu yolla nəql etmək mümkündür. Beləliklə, Avropa Türkmənistan qazının alınması ilə öz imkanlarını çoxalda bilər. Bu, ciddi versiya deyil. Ancaq qısa müddətdə Rusiya və Ukrayna arasında danışıqlar prosesi baş versə, perspektivli olması mümkündür. Atəşkəs fonunda Rusiya qazının yenidən Ukrayna üzərindən nəql məsələsi Avropaya qaz təchizatının geridönüşü ola bilər. Bu da asan proses deyil".
İlqar Hüseynli qeyd edib ki, Hörmüz boğazındakı böhran artıq ABŞ-ı narahat edir. Müdaxilələri Avropaya qaz təchizatının alternativi kimi yox, elə real vəziyyətdən çıxış yolu olaraq dəyərləndirmək mümkündür. Bütün bu proseslərin fonunda Avropa qaz nəqli sistemini genişləndirməyi düşünməlidir. Qaz mənbələrini birbaşa Avropaya təhlükəsiz çatdırılması ilə bağlı yeni yolların araşdırılmasına başlamalıdırlar.
Dəniz Pənahova
KONKRET.az

Sosial       Tarix: 23 mart 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF

Azərbaycan 2030-cu ilədək turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməyi nəzərdə tutur. Bu günlərdə təsdiqlənən Dövlət Proqramında sektorun yaratdığı əlavə dəyərin 12,2 milyard manata, xarici turistlərin ölkəd

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou gunun xeberleri kriminal bugun sonxeber.az