Dünya "qladiator" döyüşlərinin ŞAHİDİ OLACAQ - TƏHLİL

Dünya Ukraynanın ardınca Finlandiya və İsveçin NATO-ya qoşulmaq bəyanatlarının kontinentin taleyinə təsiri…
Yazı araşdırma ilə təhlilin sintezi şəklindədir.
I. Finlandiya və İsveçin fikir dəyişiklikləri
II. Finlandiya və İsveçin tarixi gedişatları
III. Finlandiya və İsveçin NATO-ya qoşulmaq bəyanatları və irəliləyişlər
IV. Rusiyanın tərəflərə qarşı cavab tədbiri
Rusiya özünə başlıca rəqib olaraq NATO-nu görür. Bu alyansın yaradılmasının da məğzi elə Sovetlər təhlükəsi idi. Ukraynanın alyansa qoşulmaq iddialarından sonra yaranan qarşıdurma Finlandiya və İsveçdə narahatlıq hissi yaratdı. Finlandiya və İsveç Rusiya ilə normal diplomatik əlaqələrə üstünlük verirdilər. İsveç və Finlandiya qitədə mühüm yerə malik dövlətlərdir. Xüsusilə də strateji mövqeləri. Rusiya Baltik dənizinə çıxış əldə etmək üçün 1700-121-ci illər arasında İsveçlə mübarizə aparmış və istədiyinə nail olmuşdu. İsveç 1814-cü ildən bəri(İsveç-Norveç savaşından sonra) siyasətdə absenteizm xəttini əsas götürmüşdü. Finlandiya İsveçə nisbətən daha aktiv siyasət yeridir.
İkinci dünya müharibəsi ərəfəsində Rusiya ilə Almaniya arasında Molotov-Ribbentrop(bir-birə hücum etməmək barədə) paktı imzalanır. Paktdan 1 ay sonra Rusiya Polşaya hücum edərək oranın şərq hissəsini işğal etdi. Bunun ardınca da Baltikyanı ərazilərə keçid etdi. Rus ordusu Litvaya, Latviyaya, Estoniyaya hücum etdi. Latviya pakta görə Almaniyada qalmalı idı, lakin ruslar buraya da hücüm edir.
Növbə Finlandiyaya çatır. Pakta görə Finlandiya Rusiyaya verilməli idi. Finlandiya Moskvanın gözləntilərini yanıldaraq güclü müqavimət göstərir. Rusiya tərəfi Finladiyaya hücum etmək üçün bəhanə axtarırdı. Ruslar Finlandiya ilə sərhəddə yerləşən Mainila bölgəsindəki rus əsgərlərini bombardman etdilər və bu hadisəni Finladiyanın üstünə yıxdılar. İkinci dünya müharibəsində rusların şansı orada gətirdi ki, müharibə qışa təsadüf etmişdi. Ruslar soyuğa çox dözümlü idilər. Müharibə zamanı Belçika və İsveç ehtiyat edərək ingilis və fransız qüvvələrinin finlərə köməyə getməsi üçün öz ərazilərindən keçmələrinə izin vermədilər.
Fransa və Britaniya Rusiya ilə münasibətləri korlamamaq, yeni bir böhrana girməmək üçün bunu bəhanə edərək Finlandiyanı Rusiyanın qucağına atırlar. 1940-cı ildə iki tərəf arasında Moskva anlaşması bağlanır. Finlandiya Kareli bölgəsini, Loqo gölünün şimalındakı torpaqları, Salla bölgəsinin bir bölümünü, Ribah yarımadasını və fin körfəzindəki 4 adanı ruslara verir. Finlandiya bir daha anlamışdı ki, Qərbə çox da güvənmək olmaz. Rusiya ona daha yaxın bir tərəfdaşdır. Ona görə sonradan başlayır diplomatiya siyasətinə.
Lakin İsveç və Finlandiya Rusiyadan ehtiyatını əldən vermir. SSRİ dağıldıqdan sonra bu iki dövlət NATO-nun tərəfdaşlıq statusunu qazanır. Ancaq buna baxmayaraq, alyansın "Bizə qoşulun!" təklifinə rədd cavabı verirlər. Yox cavabının verilməsi Rusiyaya görə idi. Hər iki tərəf fikirləşdi ki, "Əgər biz alyansa qoşulmaq fikrini səsləndirsək, Rusiya mütləq bizlə konfliktə girəcək və alyans bizi meydanda tək qoya bilər. Ona görə hələlik müşahidə mövqeyində dayanaq" dedilər.
Lakin Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi vəziyyəti gərginləşdirdi. İsveç və Finlandiya artıq təhlükəsizlikləri üçün tədbir görməyə başladılar. Təhlükəsizliklərinə təhdid kimi Rusiyanın 2022-ci ildə Ukraynaya hücumunu gördülər. Bu hadisədən sonra tərəflər NATO-ya qoşulmaq üçün aşkar fikirlər səsləndirdilər. İsveç Baş naziri Anderson əvvəlcə alyansa qoşulmaq kimi fikirlərinin olmadığını, Rusiya ilə gərginlik yaşamaq istəmədiklərini vurğulasa da, bir müddət əvvəl bu düşüncədən daşınmaq məcburiyyətində qaldı. Finlandiya tərəfi İsveçlə müqayisədə qoşulmağa daha meyillidir.
Rusiya tərəflərə hədələyici reaksiya göstərdi. Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti və keçmiş prezident Dmitri Medvedyev "Finlandiya və ya İsveç NATO-ya qoşulsa, Rusiya Baltik dənizi və Skandinaviya ətrafında nüvə də daxil olmaqla hərbi mövcudluğunu gücləndirəcək" dedi. Bu, çox önəmli məqamdır. Baltik dənizi ətrafında nüvə mövcudluğu yeni bir konfliktin başlanğıcını qoymaqdadır.
NATO Rusiyanın dağılmasını deyil də, zəifləməsindən yanadır. Sosializmin hələ də iz qoyduğu bütün yerləri təmizləmək istəyir. NATO iyun ayında İspaniyanın Madrid şəhərində sammit keçirəcək. Finlandiya Baş naziri Marin yaxın həftələrdə alyansa qoşulmaqla bağlı nəticəni açıqlayacaq. Növbəti Madrid sammitinə kimi bu qərarın şahidi ola bilərik. Ehtimal edirəm ki, Finlandiya alyansa bağlı müsbət fikirlər səsləndirəcək.
Əgər Finlandiya və İsveç alyansa qoşulsa, Rusiya hansı reaksiyanı verə bilər?
Belə bir situasiya qarşısında Rusiyanın adekvat tədbirlər görəcəyinə şübhəm yoxdur. Hesab etmək olar ki, real addım olaraq nüvə ilə bağlı tədbirlər görsün və hədə-qorxunun müəyyən bir hissəsini yerinə yetirsin. Amma açıq bir müharibə etməz deyə düşünürəm. Həm Ukrayna ilə olan savaşda bir xeyli itkilər verib, həm də daxili auditoriya müharibəni pisləyərək ayaqlana bilər. Müharibə etsə belə, udmaq şansı 100%-dir deyə bir ehtimal yoxdur. Ukraynada bu qədər ləngiyən Finlandiyada güclü müqavimətə rast gələr.
Hər iki Skandinaviya ölkəsi 2020-ci ilin sentyabrında müdafiə sazişi imzalayıb, bu müqavilədə müvafiq hökumət digər ölkəyə kömək etmək istəsə, parlamentlə məsləhətləşmək məcburiyyətində qalmayacaq. Yəni Rusiya tək Finlandiya ilə deyil İsveçlə də müharibə etmiş olacaq, Hələ təkcə bu ikisi ilə də deyil, birbaşa NATO ilə müharibə etmək ehtimalı var. Bu iki super gücün qarşıdurması qaçılmazdır.
Ya bu gün, ya sabah əvvəl-axır dünya "qladiator" döyüşlərinin şahidi olacaq!
Müəllif: Elman Vəliyev, 
siyasi ekspert /konkret.az

Siyasi       Tarix: 23 aprel 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com