Dünya Qüdsdən, Vatikandan, yoxsa Londondan idarə olunur? - HEÇ BİRİNDƏN, BAXIN

Dünya Qüdsdən, Vatikandan, yoxsa Londondan idarə olunur? - HEÇ BİRİNDƏN, BAXINPolyak mənşəli ABŞ politoloq, sosioloq və dövlət xadimi Zbiqnev Bjezinski deyirdi ki, bütün ölkələrin insanları, hökumətləri və iqtisadiyyatları beynəlxalq bank və şirkətlərin ehtiyaclarını ödəməyə xidmət edir.
KONKRET.az xəbər verir ki, bu nəzəriyyə ilə razılaşanlar dünyada baş verən böhran, dövlət çevrilişlərinin idarə olunduğu ölkə kimi İsveçrəni görürlər. Xırda dövlət olsa da, 400-ə yaxın bank və gizli hesabları ilə məşhurdur.
200-ə yaxın beynəlxalq təşkilatın idarəçiliyi İsveçrənin əlindədir. Davos iqtisadi forumu da İsveçrənin nəzarətində olan mexanizmlərdən biridir. Bəs dünyanın ən önəmli forumlarından biri niyə İsveçrənin kiçik qəsəbəsində keçirilir?
• Çünki yeni dünyanın maliyyə baronu sayılan Rotşild ailəsinin ən əsas üzvü Davosda ölüb və forum onun xatirəsinədir.
• Maraqlı bir fakt ondan ibarətdir ki, İsveçrə Avropanın iqtisadi-sosial təşkilatlarının mənzil qərargahıdır, lakin Avropa İttifaqına üzv deyil.
• II Dünya Müharibəsində heç bir ziyan görməyib. Çünki hamının xəzinəsi İsveçrədədir. Hətta Hitlerin İsveçrə bankındakı vəsaitinin Vatikan hesabına köçürüldüyü ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məruzələrində yer alıb. İsveçrə bankları Hitlerin əsas maliyyə dəstəyi olub və ona faizsiz kreditlər verib. Pul Hitler Almaniyasının müdafiə sənayesinə ayrılırdı.
• İri dərman firmalarından ikisinin mənzil qərargahı İsveçrədədir. Ən böyük kimya və toxum istehsalı ilə məşğul olan "Du Pont" şirkəti də oradan idarə olunur. Bu şirkətlər benzin və GMO meyvə-tərəvəz istehsalı ilə milyonlarla insanın ölümünə səbəb olan "General Motors" və "EXXON" ilə şərikdir. Əslində dərman şirkətlərinin vəzifəsi insan ölümü yox, ölümünə çarə tapmaq olub. Amma bunlar ölümü çarədən çox axtarırlar.
• Sürix sığorta, beynəlxalq ödəmələr bankı da İsveçrədədir. Bank faizləri oradan idarə olunur. Yəni yüksək faizlərin aşağı salınması, yaxud kəllə-çarxa qaldırılması onların icazəsilə baş verir. Mərkəzi Banklar İsveçrədəki bankdan idarə olunur.
• Bazeldəki bank idarəçiliyinin işinə heç mərkəzi bankı olan ölkələrin liderləri də qarışa bilmir. Əgər kimsə öz qaydalarını tətbiq etmək istəyərsə, onu devirirlər. Ya da həmin ölkənin iqtisadiyyatına ağır zərbə endirirlər. Türkiyədəki devalvasiyanı örnəklərdən biri kimi qeyd edəcəyik, çünki devalvasiya yalnız Türkiyədə olmayıb. Ümumiyyətlə, mərkəzi bankların özəlləşdirilməsi də İsveçrənin sifarişidir.
• Sözügedən bankın idarəçiliyi Böyük Britaniya və ABŞ-ın nəzarətindədir. Digər səlahiyyətlilər Almaniya, İtaliya və Belçikadır. 2 aydan bir baş tutan gizli görüşlərin keçirildiyi binaya kimsə daxil ola bilməz. İşçilərin hamısının diplomatik toxunulmazlığı var.
Sonda qeyd edək ki, İsveçrə heç bir hücuma məruz qala bilməz. Belə bir təhdid olsa belə, hücum edən tərəf xüsusi mühafizə sistemləri ilə məhv ediləcək. Nüvə hücumu təhlükəsi ilə bağlı 300 minlik mükəmməl sığınacaqlar da mövcuddur.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 07 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu xəbər az son xeber xəbərlər.com