Dünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunub

Dünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDekabrın 15-də UNESCO tərəfindən elan edilən Dünya Türk Dili Ailəsi Günü və Beynəlxalq Türk Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə Qazaxıstanın paytaxtı Astanada təntənəli tədbir keçirilib.
Dünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubİldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri
KONKRET.az -ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, yubiley tədbirləri çərçivəsində Akademiyanın son on beş il ərzində nəşr etdiyi elmi əsərlərdən ibarət kitab sərgisi təşkil olunub. Sərgidə Türk Akademiyasının tədqiqat fəaliyyətinin əsas istiqamətlərini əks etdirən fundamental nəşrlər, monoqrafiyalar və elmi seriyalar nümayiş etdirilib.
Kitab sərgisini tamamlayan fotoqalereyada isə Türk Akademiyasının yaranma və inkişaf mərhələləri, beynəlxalq layihələri, elmi ekspedisiyaları, arxeoloji tədqiqatları, eləcə də türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən əsas təşəbbüslər əks olunub.
Tədbir çərçivəsində təşkil edilən rəsmi qəbulda Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının keçmiş üzvü, diplomat və dövlət xadimi professor Adil Əhmətov, həmçinin Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru professor Janseit Tüymebayev çıxış edərək yubiley münasibətilə təbriklərini çatdırıblar.
Yubiley mərasimində Qazaxıstan Parlamenti deputatları, türk dövlətlərinin səfirləri və diplomatik nümayəndəliklərinin rəsmi təmsilçiləri, Türk Əməkdaşlıq Təşkilatlarının nümayəndələri, dövlət qurumlarının rəhbərləri, Qazaxıstanın aparıcı universitetlərinin, kitabxana və muzeylərinin rəhbərləri, tanınmış alimlər və media nümayəndələri iştirak ediblər.
Çıxışında Türk Akademiyasının prezidenti Şahin Mustafayev yubileyin məhz Qazaxıstanda qeyd olunmasının xüsusi simvolik məna daşıdığını vurğulayıb. O xatırladıb ki, Türk Akademiyasının yaradılması 2009-cu ildə Naxçıvanda keçirilən Türk Dövlətləri Zirvə toplantısında Qazaxıstanın təşəbbüsü ilə qərara alınıb, qurumun təməli isə 2010-cu ildə Astanada qoyulub.
Mustafayev bildirib ki, ötən 15 il ərzində Türk Akademiyası Türk Dünyası üçün mühüm elmi mərkəzə çevrilib, elmi əməkdaşlığın inkişafına, ortaq tarixi və mədəni irsin qorunmasına, eləcə də türk dövlətləri arasında intellektual inteqrasiyanın gücləndirilməsinə əhəmiyyətli töhfələr verib.
Onun sözlərinə görə, Akademiya tarix, arxeologiya, etnoqrafiya, ədəbiyyat, dilçilik, terminologiya, incəsənət və sosial-iqtisadi tədqiqatlar sahəsində əsas layihələr həyata keçirir. Bu layihələrin nəticələri Türk birliyinin möhkəmləndirilməsinə və gələcək nəsillərə yol göstərməyə xidmət edən elmi nəşrlərdə əksini tapır. Xüsusilə Monqolustanda Nomqon, Qazaxıstanda isə Cankent və Manğıstau bölgələrində aparılan arxeoloji tədqiqatlara böyük önəm verilir və əldə olunan nəticələr elmi ictimaiyyətə geniş şəkildə təqdim olunur. O, həmçinin ötən il Akademiyanın dəstəyi ilə Ortaq Türk Əlifbasının qəbul edildiyini, dövlət başçılarının tapşırığına əsasən "Türk Ölkələrinin Tarixi" adlı akademik monoqrafiya üzərində işlərin davam etdiyini qeyd edib.
Şahin Mustafayev əlavə edib ki, Akademiya akademik mübadilə proqramları, Türk Dövlətləri Universitetləri Birliyi (TÜRKÜNİB) və Orxon təşəbbüsü vasitəsilə elm və təhsil sahəsində inteqrasiyanı fəal şəkildə dəstəkləyir və ortaq elmi-intellektual məkanın formalaşmasına zəmin yaradır. O vurğulayıb ki, Türk Akademiyası gələcəkdə də elmi diplomatiyanı genişləndirməyə və türk dövlətləri arasında mədəni və akademik əməkdaşlığı gücləndirməyə davam edəcək.
Çıxışının sonunda Mustafayev Qazaxıstanın regional elm və təhsil mərkəzi kimi artan roluna diqqət çəkib, ortaq tədqiqatların, akademik mobilliyin və elmi diplomatiyanın əhəmiyyətini vurğulayıb. O, bütün iştirakçıları Dünya Türk Dili Ailəsi Günü münasibətilə təbrik edərək, türk xalqlarının ortaq dil və mədəni irsinin qorunub yaşadılmasının vacibliyini qeyd edib.
Tədbir türk ölkələrinin zəngin musiqi ənənələrini əks etdirən konsert proqramı ilə başa çatıb.
Dünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubDünya Türk Dili Ailəsi Günü və Türk Akademiyasının 15 illiyi Astanada qeyd olunubKONKRET.az-ın Mərkəzi Asiya bürosu

Siyasi       Tarix: 16 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber hava sonxəbərlər ən son xəbər