Dünyada İLK DƏFƏ: Siqaret tamamən qadağan olundu
Yeni Zelandiyada gələcək nəsillər üçün siqaret çəkmək qadağan edilib.
KONKRET.az xəbər verir ki, hökumətin qəbul etdiyi qərara əsasən, 2008-ci ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan olunur.
Yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni olaraq siqaret almasının qarşısının alınması ilə bağlı qərar 2023-cü ildə qüvvəyə minəcək.
Yeni Zelandiya Səhiyyə nazirinin müavini Ayesha Verrall qanunun qəbulu ilə minlərlə insanın daha uzun və daha sağlam yaşayacağını vurğulayıb:
"Səhiyyə sistemi 5 milyard dollar irəlidə olacaq, çünki siqaretin səbəb olduğu bir çox xərçəng növlərinin müalicəsinə ehtiyac qalmayacaq".
Bu addım səhiyyə mütəxəssisləri tərəfindən müsbət qarşılanıb.
Araşdırmaya görə, 2010-cu ildə Yeni Zelandiyada siqaret çəkənlərin sayı əhalinin 18 faizini təşkil edib. Bu göstərici 2018-ci ildə 11,6 faizə qədər azalıb.
Nazirliyin daha əvvəlki açıqlamasında yeni plan çərçivəsində tütün məmulatlarında nikotin nisbətinin də aşağı salınacağı bildirilmişdi.//Musavat.com
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı