Dünyanı türklər idarə edəcək – Qlobal böhran fonunda "Boz Qurdlar" Avropanı necə fəth edir? - ƏTRAFLI

Dünyanı türklər idarə edəcək – Qlobal böhran fonunda Avropa böhranı dərinləşir. Müasir Avropanın dayanıqsızlığını biruzə verən isə daha çox iqtisadi problem deyil, ideoloji boşluqdur. Türkiyə isə təkcə artan Avropa böhranından faydalanmır, həm də bir çox Aİ ölkələrində artıq formalaşmış muxtar müsəlman anklavlarının faktiki hökmdarı olmaq şansını yüksəldir.
KONKRET.az xəbər verir ki, Türkiyənin potensial gücə çevriləcəyi ilə bağlı beyin mərkəzləri araşdırma və hesabatlar hazırlayırlar. Rusiya beyin mərkəzləri tərəfindən da bu istiqamətdə müxtəlif yazılar dərc olunur. Bu yazılardan bir qismini təqdim edirik:
Avropada bu gün sürətlənən iqtisadi, siyasi və ideoloji böhran kontekstində güc strukturlarına nəzarətin Türkiyə xüsusi xidmət orqanlarının kəşfiyyat şəbəkələri ilə əlaqəli olan islamçı icmalar tərəfindən ələ keçirilməsi ehtimalı yüksəkdir.
Türkiyə bu gün Avropa qitəsindəki əlverişli şəraitdə Köhnə Dünyada qlobal hökmranlığa çevrilməyə imkan verən potensiala malikdir.
ABŞ və Böyük Britaniyanın Ukraynadakı hərbi münaqişəni uzatmaq istəyi təkcə Rusiyanı deyil, hər şeydən əvvəl onların əsas sivilizasiya rəqibi olan Avropa İttifaqını zəiflətməyə yönəlib. Bu isə köhnə dünyanın məqsədyönlü şəkildə sistemli çöküşünə gətirib çıxarır. Belə bir şəraitdə  Türkiyə bir çox ölkələri və ayrı-ayrı Avropa ərazilərini nəzarətə götürə bilər.
Türkiyənin vəsaiti ilə tikilən yüzlərlə məsciddən ibarət nəhəng şəbəkə isə faktiki gücün ələ keçirilməsində əsas rol oynayır. Almaniyanın demək olar ki, hər bir şəhərində məscidlər və Türk-İslam Dini İşlər Birliyinin infrastrukturu mövcuddur. Bu gün təkcə Almaniyada deyil, Avropa Birliyinin hər ölkəsində belə məscidlər var.
Türkiyənin də Avropada özünün yaxşı təşkil olunmuş döyüş qüvvəsinin olduğu sir deyil. Avropa təhlükəsizlik qüvvələri mümkün iğtişaşların öhdəsindən gələ bilmədikdə, bu birləşmələr asayişi təmin etməyə qadirdir. Bu, "Bozkurt" ("Boz Qurdlar") hərəkatıdır.
Avropada anqlo-sakslar tərəfindən planlaşdırılan sistem böhranı şəraitində vahid idarəetmə və yaxşı silahlanmış "Boz Qurdlar"ın dəstəyi ilə geniş məscidlər şəbəkəsi hakimiyyəti öz əlinə ala biləcək. Bu, ən azı türk icmalarının mövqelərinin son dərəcə güclü olduğu Almaniya, Belçika və Hollandiyada mümkündür.
Avropa şübhəsiz ki, bu reallıqla barışmayacaq. Ona görə də, bütün Avropada vətəndaş müharibəsinin başlanacağı istisna edilmir. Vaşinqtondan olan qlobal planlaşdırıcıların fikrincə, Ukraynada uzun müddət davam edən qarşıdurmaya cəlb olunan Rusiya artıq qarşılaşmada Səmavi İmperiyaya real yardım göstərə bilməyəcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 19 may 2022
f Paylaş

Oxşar xəbərlər

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler xəbərlər.com en sonxeber xeber.az 2026