Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğu

Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuDünyanın ən qədim qəzetlərinin TOP 10-luğu
Qəzet və jurnallar uzun illərdir ki, bütün dünyada əlaqə vasitəsidir. İnsanlar uzun müddət məhz onların vasitəsilə dünyada baş verən son hadisələr barədə məlumat alıblar.
Baxmayaraq ki, müasir dövrdə onları mobil tətbiqlər və internet əvəz edir, çap nəşrlərə hələ də insanlar arasında böyük tələbat var.
Beləliklə, dünyanın ən qədim qəzetlərini təqdim edirik.
La Gaceta de Madrid
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1661
Dil: ispan
Ölkə: İspaniya
Naşir: Kral sanksiyası
"La Gaceta de Madrid" qəzetinin adı 1936-cı ildə dəyişdirilərək "Boletín Oficial del Estado" və ya qısaca BOE olub.
O, İspaniya hökumətinin rəsmi qəzetidir.
Qəzet bazar günündən savayı həftənin bütün günləri nəşr olunur. Orada əsasən yeni qanunlar, dekretlər və s. dərc olunur.
2009-cu ildən isə qəzet yalnız onlayn versiyada nəşr olunur.
Weeckelycke Courante van Europa
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1656
Dil: holland
Ölkə: Hollandiya
Naşir: Abraham Kasteleyn və Marqareta van Banken
Bu qəzetin adı "Avropanın gündəlik qəzeti" kimi tərcümə olunur. Onu ər və arvad olan Abraham Kasteleyn və Marqareta van Banken dərc edirdilər.
Qəzetin adı 1664-cü ildə dəyişdirilərək "Oprechte Haerlemse Courant" qoyulub.
O, 1942-ci ildə "Haarlems Dagblad" ilə birləşib. O, hələ də nəşr olunur.
Einkommende Zeitungen
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1650
Dil: alman
Ölkə: Almaniya
Naşir: Timoteus Ritsş
1 iyul 1650-ci il tarixində Leypcikdə ilk gündəlik qəzet "Einkommende Zeitungen" nəşr olunmağa başlayıb. O, həftədə 6 dəfə buraxılırdı.
Post- och Inrikes Tidningar
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1645
Dil: isveç
Ölkə: İsveçrə
Naşir: Horats Enqdal
"Post-och Inrikes Tidningar" qəzeti 1645-ci ildə kraliça Kristina tərəfindən dərc edilməyə başlayıb. Kraliça nəşrdən öz qərarları barədə vətəndaşlara məlumat vermək üçün istifadə edirdi.
Hazırda qəzet İsveçin Nobel mükafatını təqdim edən Akademiyasına  mənsubdur.
Gazeta
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1641
Dil: katalon
Ölkə: İspaniya
Naşir: naməlum
Bu, siyahıdakı ən unikal qəzetdir, belə ki, onun haqqında çox az məlumat var.
Lakin dəqiq demək olar ki, o, az müddət nəşr olunub.
La Gazette
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1631
Dil: fransız
Ölkə: Fransa
Naşir: Teofrast Renodo
İlk fransız qəzeti olan "La Gazette" 30 may 1631-ci ildən nəşr olunur. O, müasir standartlara cavab verən ilk Avropa qəzeti də hesab olunur.
O, Teofrast Renodo tərəfindən təsis olunub. Kral hakimiyyətinin möhkəmləndirilməsi üçün qəzetə ehtiyac var idi. 1631-ci ilin mayında belə qəzet olaraq "La Gazette" açılır. Elə həmin ilin oktyabr ayında gələcək kardinal Rişelye ilə tanışlığı sayəsində Renodo qəzetin dərci üçün kral imtiyazı qazanıb.
Qəzet tipoqrafiya yolu ilə çap olunurdu. İlk beş nömrədə buraxılış məlumatları – tarix, nömrə, tipoqrafiyanın ünvanı – olmayıb.
Nömrələr əlifba sırasına uyğun olaraq hərflə qeyd edilirdilər. Altıncı nömrədən başlayaraq qəzetin sonunda redaksiyanın ünvanı və buraxılış tarixi qeyd edilib.
Nieuwe Tijdinghen
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1618
Dil: holland
Ölkə: İspaniya Niderlandı
Naşir: Abraham Verhoven
Antverpendə naşir Abraham Verhoven ayda iki dəfə işıq üzü görən  "Nieuwe Tijdinghen" ("Antverpen xəbərləri") qəzetini 1605-1607-ci illərdə təsis edib.
30 illik müharibə (1618-1648-ci illər) qəzet bazarının yaradılmasına stimul verib, belə ki, məhz müharibə dövründə əhalinin informasiyaya tələbatı artır.
Courante uyt Italien, Duytslandt
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1618
Dil: holland
Ölkə: Hollandiya
Naşir: naməlum, ola bilsin, Kaspar van Hilten
Bu, ilk holland qəzeti idi. O, 1618-ci ilin iyununda Amsterdamda dərc olunub. O, müntəzəm həftəlik qəzet idi.
Qəzetin "Joris Veseler" nəşriyyatında Kaspar van Hiltenin redaksiyası altında dərc olundu ehtimal olunur. Publikasiyaların dəqiq tarixi məlum deyil.
Avisa Relation oder Zeitung
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1609
Dil: alman
Ölkə: Müqəddəs Roma imperiyası
Naşir: Lukas Şulte
Volfenbüttel şəhərində 1609-cu ildə dövrümüzə qədər çatmış ilk qəzet dərc olunub. O, "Aviso" adlanırdı.
Orada Köln, Antverpen, Roma, Venesiya, Vyana və Praqa ilə bağlı xəbərlər yer alırdı.
Relation aller Fürnemmen und gedenckwürdigen Historien
Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğuİl: 1605
Dil: alman
Ölkə: Müqəddəs Roma İmperiyası
Naşir: Yohannes Karolus
Bu, yalnız Almaniyada deyil, bütün dünyada ilk çap qəzeti idi. Karolusun beyninə bütün son hadisələr haqqında şəhərə daxil olan əllə yazılmış müxtəlif xəbərləri toplayaraq çap etmək və həftədə bir dəfə dərc etmək ideyası gəlmişdi.
Qəzet "Relation aller Fürnemmen und gedenckwürdigen Historien" ("Bütün vacib və əhəmiyyətli hadisələr haqqında xəbərlər") adlanırdı.
İlk qəzet Strasburqda dərc olunub və o, "Relation: Aller Fürnemmen" sözləri ilə başlayıb.

Maraqlı       Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər