Dünyəvilik müzakirələri böyüyür: Azərbaycana qarşı təzyiqin arxasında nə dayanır?

Dünyəvilik müzakirələri böyüyür: Azərbaycana qarşı təzyiqin arxasında nə dayanır?Dünyanın müxtəlif regionlarında dini amillərin siyasi proseslərə təsirinin artması dünyəvi dövlət modelinin qorunmasını milli təhlükəsizlik və ictimai sabitlik baxımından daha da aktuallaşdırır. Azərbaycan Konstitusiyasında təsbit olunan dünyəvilik prinsipi təkcə dinin dövlətdən ayrılmasını deyil, həm də müxtəlif dini konfessiyaların bərabər hüquqlarının, vicdan azadlığının və əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunmasını nəzərdə tutur. Türkiyənin yaxın tarixində baş vermiş 15 iyul hadisələri isə dini qruplaşmaların dövlət idarəçiliyinə təsirinin hansı təhlükələrə yol aça biləcəyini göstərən nümunələrdən biri kimi müzakirə olunur. Belə bir şəraitdə Azərbaycanın dünyəvi dövlət modelinə qarşı yönələn tənqidlər və bu prinsip ətrafında aparılan ideoloji mübahisələr diqqət çəkir. Bəs dünyəvilik prinsipinin qorunması Azərbaycanın milli təhlükəsizliyi və regional sabitlik baxımından hansı əhəmiyyətə malikdir?
Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Azərbaycan dünyəvi respublikadır və bu, 1995-ci il Konstitusiyasında öz əksini tapıb. Burada həm də dinin dövlətdən ayrı olduğu göstərilib:
Dünyəvilik müzakirələri böyüyür: Azərbaycana qarşı təzyiqin arxasında nə dayanır?"Bu, təkcə Konstitusiyada qalmır. Dövlət öz qanunlarını həyata keçirdiyi siyasətdə realizə edir. Multukulturalizmdə, tolerantlıq siyasətində, müxtəlif dini konfensiyalara yanaşmada, dinc yaşamaq prinsipində bütün bunlar özünü göstərir və dinin dövlətdən ayrı olduğu əksini tapır. Azərbaycan prizmasından baxanda dünyəvilik həm də milli təhlükəsizlik modelinə çevrilir. Yəni məscid, kilsə, sineqoq və məbədin yanaşı dayandığı nümunəni heç kim poza bilməz. Türkiyə təcrübəsinə gəldikdə, biz görürük ki, hücrələr, müxtəlif dini təriqətlər və qruplaşmalar tamamilə dövlətin ətrafına dolaşıb. Yəni dövlətin toxunulmazlıq nüvəsinə enərək onu parazit kimi içdən yeyib. Bu, təhsilə, orduya, dövlət idarəçiliyinə, milli təhlükəsizlik qurumlarına da daxil olub. Beləliklə, Türkiyədə ciddi hökumət böhranı yaranıb və təhlükəsizlik zərbə altında qalıb. Hətta dövlətin xəritədən silinmə ehtimalı da meydana çıxdı. Buna rəğmən, Türkiyədən idarə olunan bəzi səhifələr, sosial şəbəkələr, rəsmi mövqelər Azərbaycanı tanımırlar. Yaxud ən pisi odur ki, Azərbaycanı Türkiyə ilə müqayisə edirlər. Bu isə tamamilə absurddur".
Ekspertin sözlərinə görə, Azərbaycan məktəblərində vahid geyim qaydasının tətbiqi dövlət müsəsisəsində neytrallığın qorunmasına xidmət edir:
"Bu, qanunvericilik qarşısında məsuliyyət daşınmasına xidmət edən bir qərardır. Azərbaycanda ortaq təhlükə kimi dini radikalizm götürülür. Yeri gəlmişkən, Azərbaycanın tətbiq etdiyi yanaşma bir növ Türkiyənin özü üçün də həm nümunədir, həm də xeyirlidir. Çünki Türkiyənin özündə proseslərin hansı istiqamətdə cərəyan etdiyi göz qabağındadır".
Natiq Səlim
KONKRET.az

Siyasi       Tarix: 13 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyədən Azərbaycanla bağlı saxta paylaşım edənlərlə bağlı - RƏSMİ AÇIQLAMA

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib. xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamad

"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub

"Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər"

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məluma

İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsini

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. paylaşımı təqdim edir:

Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı

Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində apardığı hazırkı siyasət ölkə daxilində ciddi tənqidlərə səbəb olub. xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkolo

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRİPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib

Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin deputatı Qurbuks Saini ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyini

"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşmas


yeni xeberler azerbaycan xeberleri son xeberler butun xeberler xeberler azerbaycan son xeberler 2026 axsam.az xeberler