Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
Son günlər Azərbaycan hərbçisinin sosial şəbəkə səhifələrində yayılan fotosu izləyicilərin marağına səbəb olub.
Report xəbər verir ki, Cəlilabad rayonunun Sərhədabad kənd sakini, 1989-cu il təvəllüdlü Allahşükür Qasımov artıq bir neçə ildir Azərbaycan ordusunda xidmət edir.
Daha çox "Paşa" ləqəbi ilə tanınan A.Qasımov uşaqlıqdan həvəskar şəkildə idmanla məşğul olub və bu peşənin sirlərinə yiyələnib. Paşa həqiqi hərbi xidmətini başa vurduqdan sonra idmanla məşğul olmağa davam edib. Yüksək fiziki göstəricilərə malik Paşa bir neçə il mühafizəçi vəzifəsində çalışıb.
Sonradan fəaliyyətini yenidən hərbi xidmətdə davam etdirmək niyyətinə düşüb. Buna görə də o, bir neçə il bundan əvvəl müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi (MAXE) Azərbaycan ordusunun sıralarına yazılıb. Paşa hərbçilər arasında Yunan-Roma güləşi üzrə keçirilən yarışmada ikinci yerə layiq görülüb.
Sentyabr ayının 27-dən Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən Paşa vahiməli cüssəsi ilə düşməni lərzəyə gətirən hərbçilərdən biridir.
O, Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda xidmətini davam etdirir. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR