DYP-dən sürücü və piyadalara MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində və bölgələrdə hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücü və sərnişinlərə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Namidan Piriyev APA-ya açıqlamasında bildirib ki, bu cür hava şəraitində sürücülər avtomobillərinin texniki sazlığını yoxlamalı, zərurət olmadığı hallarda ötmə əməliyyatı aparmamalı və qəfil manevrlər etməkdən çəkinməlidirlər.
Qurum rəsmisi piyadaların da öz növbəsində hava şəraitinin tələblərinə uyğun hərəkət etmələrini tövsiyə edib:
"Piyadalardan asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alaraq yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələri, yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini xahiş olunur".
N.Piriyev həmçinin qarşıdakı günlərdə küləyin sürətinin artacağı ilə bağlı sürücüləri təhlükəsizlik qaydalarına daha çox əməl etməyə, avtomobillərini hündürmərtəbəli binaların və ağacların altında saxlamamağa çağırıb.
Qeyd edək ki, ETSN Milli Hidrometeorologiya Xidməti bu gün axşamdan etibarən hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR