DYP: 'Yayılan bəzi görüntülər sürücüləri qayda pozmağa təşviq edir

DYP: 'Yayılan bəzi görüntülər sürücüləri qayda pozmağa təşviq edir"Son günlər müxtəlif internet saytlarında və ya sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozan şəxslər və onların yol polisi tərəfindən təqib olunması kimi materiallar paylaşılır. Bu materiallar polisin cəmiyyətdəki nüfuzuna xələl gətirməklə yanaşı sanki qayda pozuntuları törətməyə meyilli şəxsləri də həvəsləndirir".
azxeber.com-un xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyevin yaydığı açıqlamasında bildirilib.
O deyib ki, yol polisi ilə heç bir dəqiqləşdirilmə aparmadan kütləvi informasiya vasitələrinin də belə görüntüləri yayması ciddi narahatlıq doğurur: "Çünki bu görüntülərin yayılması elə bil ki, sürücüləri qayda pozmağa təşviq edir. Belə ki, son olaraq, yayılan qəza videosunda yol polisinin sürücünü təqib etdiyi və bu səbəbdən də qəza baş verdiyi bildirilib. Amma materialda konkret olaraq həmin nəqliyyat vasitəsinin nə üçün təqib olunduğu qeyd olunmayıb. Həmin avtomobildə cinayətdə şübhəli bilinən və axtarışda olan şəxsin olub-olmaması, yaxud həmin şəxsin insan həyatı üçün təhlükəli olan ciddi qayda pozuntularına yol verib-verməməsi, narkotik maddə və ya spirtli içkilərin təsiri altında olub-olmaması bilinmir. Lakin yayılan görüntülərdə sadəcə yol polisinin həmin avtomobili təqib etməsi qabardılır.
"Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə hətta məcburi dayandırma vasitələrindən də istifadə edilə bilər".
"Hər kəs bilməlidir ki, bütün hallarda polis vətəndaşı səbəbsiz yerə saxlamır və ya məsuliyyətə cəlb etmir. Bir foto, yaxud video çəkib paylaşmaqla sanki sürücülərdə həvəs yaradılır ki, qayda pozuntusu baş versin. Bu kimi görüntülərin yayılması hərəkətin təhlükəsizliyi ilə bağlı aparılan təbliğat işlərinə kölgə salır. Bu baxımdan yol polisi olaraq hesab edirik ki, belə neqativ materiallar paylaşılmamalı, daha çox qaydalara əməl edilməsi barədə təbliğat xarakterli görüntülər yayılmalı və ən azı bu tip məlumatlar yayılarkən yol polisi ilə mütləq dəqiqləşdirilməlidir", - məlumatda qeyd edilib.

Sosial       Tarix: 03 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az valyuta mezennesi son xeberler bugun şou biznes xəbərləri