Əbülfəs Qarayevin müavininin evindən çıxan sərvət – İSTİNTAQ MATERİALLARI

Əbülfəs Qarayevin müavininin evindən çıxan sərvət – İSTİNTAQ MATERİALLARIMədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun törətdiyi əməllərlə bağlı mətbuatda müxtəlif zamanlarda yazılar dərc olunub. 
Oxu.Az məhkəmə istintaqının materiallarından yeni detalları öyrənib. Bu yazıda yer alan məlumatlar istintaq materiallarına əsaslanır.
Rafiq Bayramov Azərbaycanda 2014-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri, 2018-2020-ci illərdə isə mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. 
Rafiq Bayramovu bilmirik əvvəldən rüşvətə meyilli olub, yoxsa vəzifəyə gətiriləndən sonra bu vərdiş onda yaranıb, onun xarakterini təsvir etməyə çalışmayacağıq.
Sadəcə Bakı Ağır Cinayətlər Məhkəməsinin istintaq materiallarına əsasən, cənab Bayramovun "mədəni" rüşvətxorluq fəaliyyətini göstərəcəyik.
İstinntaq materiallarına görə, Rafiq Bayramov hələ Aparat rəhbəri olarkən qabaqcadan əlbir olan bir qrup şəxslə vəzifə səlahiyyətlərindən irəli gələn məsələlərin icrası ilə əlaqədar rüşvət alıb, yəni vəzifə borcunu pulla yerinə yetirib.
O, elə həmin il (2016-cı il) qanunsuz fəaliyyətinin miqyasını genişləndirir, MMC-lərin birindən ümumilikdə 52 400 manat məbləğində pulu rüşvət qismində xidməti otağında alır, qatlayıb cibinə qoyur.
İttiham aktına görə, Bayramov Aparat rəhbəri olarkən Ağcabədi Regional Mədəniyyət İdarəsini də "dəzgahına" gətirir, bu, azmış kimi, nazirin müavini işləyərkən də bu qurumdan əlini çəkmir.
Bayramov 2017-ci ilin əvvəlində həmin İdarədən 10 000 manat qoparır, 2018-ci ilin sentyabrından 2020-ci ilin martına qədər olan müddətdə isə hər ay 8 000 manat olmaqla 128 000 manat alır.
Burada biz Rafiq Bayramovun fəaliyyəti dövründə digər regional idarələrdən aldığı rüşvətlərin məbləği barədə uzun-uzadı siyahı verməyəcəyik, təxminən eyni motivlərlə başqalarına da fərqli münasibət sərgiləməyib.
İşinin sistemli və koordinasiyalı olması üçün Rafiq Bayramov qabaqcadan əlbir olmaqla ətrafına özü üçün bəlli bir çevrə düzəldib, işini genişləndirib və "boss" qismində tapşırıqlarını verib.
Rüşvətlərin əksər hissəsini xidməti otağında alırmış.
Rafiq Bayramov özəl şirkətlərdən da külli miqdarda pul alıb.
İstintaq materiallarına görə, Rafiq Bayramov 2018-ci ilin sonlarında fəaliyyətini nazir Əbülfəs Qarayevlə razılaşdırır və özünə yeni "gəlir mənbəyi" tapır.
Həmin vaxtdan etibarən regional idarə müdirləri musiqi məktəblərinin direktorları vasitəsilə mütəmadi olaraq hər ay musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarını süni şəkildə artırır.
Yaranan fərq nağdlaşdırılaraq pul şəklində ona şəxsən və ya şöbə müdiri Pərvin İsgəndərli vasitəsilə verilir.
Hər rayonun bu mənbədən ona ödədiyi məbləğ region ərazisində yerləşən musiqi məktəblərinin sayı və orada işləyən müəllimlərin sayından asılı olur.
Rafiq Bayramov ifadəsində topladığı pulların bir qismini nazir Əbülfəs Qarayevə verdiyini deyib. Əbülfəs Qarayev isə hər ay bütün regional idarələrin pulları toplandıqda müavininə 15 faiz əmək haqqına əlavə kimi nağd şəkildə verib.
Qeyd edək ki, Rafiq Bayramov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.
R.Bayramovun avtomobilindən, xidməti otağındakı kassasından külli miqdarda pul vəsaitləri aşkarlanıb.
DTX tərəfindən Rafiq Bayramovun evinə də baxış aparılıb, onun sərvəti göz oxşayır.
Evə baxış zamanı evin ikinci mərtəbəsində olan seyfin içərisindən 1 900 avro, 110 000 manat, 40 000 ABŞ dolları, 1 ədəd 1.00 karatlıq, 1 ədəd 1.07 karatlıq, 1 ədəd 2.00 karatlıq və 1 ədəd 2.15 karatlıq almaz daşları aşkarlanıb.  
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib (Ardı var...)

Sosial       Tarix: 10 sentyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Pediatr xəbərdarlıq etdi - Bu xalq deyimi yalandır

Ötən gün Daşkəsəndə 1 yaş 6 aylıq qız uşağı qızdırmadan vəfat edib. Bundan əvvəl, iyul ayında Şəmkirdə 1 yaşlı körpə yüksək hərarətdən keçinmişdi. Oxşar hal 2026-nın başlanğıcından bir neçə də təkrarlanıb. Halbuki xalq arasınd

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma

Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar

Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birg


yeni xeberler son xeberler azerbaycan xeberleri xabarlar valyuta mezenesi bu gunun xeberleri haqqinda melumat son xeber