Ədalət Vəliyev Təkamül Partiyasının sədri ilə görüşüb

Ədalət Vəliyev Təkamül Partiyasının sədri ilə görüşübƏdalət Vəliyev Təkamül Partiyasının sədri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 30-da Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə görüşüb.
Oxu.Az xəbər verir ki, görüşdə koronavirus pandemiyası, onun mənfi nəticələrinin aradan qaldırılması istiqamətlərində dövlət səviyyəsində həyata keçirilən tədbirlər; iyul ayının 12 -də Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təcavüzü və onun nəticələri; iqtidar-müxalifət münasibətlərinin mövcud vəziyyəti və perspektivləri; "Siyasi partiyalar haqqında" qanuna dəyişiklərin edilməsi zərurəti; qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi; rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə; əhalinin sosial müdafiəsi ilə bağlı bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Şöbə müdiri Ədalət Vəliyev koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirlərinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
O qeyd edib ki, həyata keçirilən qabaqlayıcı tədbirlər pandemiyanı nəzarət altına almağa imkan verib, onun ölkə iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq, Prezident İlham Əliyevin göstərişi ilə, heç bir sosial proqram təxirə salınmayıb.
Ədalət Vəliyev pandemiyanın ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət büdcəsindən 3,5 milyard manat ayrıldığını, işsizlərə və pandemiya ilə əlaqədar olaraq işini müvəqqəti olaraq itirən vətəndaşlara Prezidentin göstərişi ilə ayda 190 manatın verildiyini qeyd edib. 
İyul ayının 12-də Ermənistanın Azərbaycanla Tovuz rayonu istiqamətindəki sərhəddə törətdiyi təcavüzə toxunan Ədalət Vəliyev  onu ermənilərin işğalı davam etdirmək cəhdi olduğunu qeyd etmiş və  qətiyyətlə pisləyib.
Ermənistanın bu təcavüz hərəkətinə qarşı Azərbaycan xalqının göstərdiyi misilsiz birliyi, xalqın Ali Baş Komandan ətrafında sıx birləşdiyini, 43 siyasi partiyanın birlikdə, dörd partiyanın ayrılıqda Ali Baş Komandana dəstəyini ifadə edən bəyanatını yüksək qiymətləndirən şöbə müdiri bunları xalq-iqtidar birliyinin nümayişi kimi qiymətləndirib.
Ədalət Vəliyev ölkədə iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması, siyasi partiyalarla münasibətlərin sivil formalarının bərqərar olması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində yeridilən siyasətin dönməz olduğunu vurğulayıb.
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsir etdiyini qeyd edərək, onun nəticələrinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, ancaq bu sahədə müəyyən boşluqların da olduğunu qeyd edib.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində "Məşğulluq haqqında", "Sosial sığorta haqqında", "Pensiya haqqında" qanunların müstəsna rol oynadığına toxunan Teyyub Qənioğlu bu qanunların vətəndaşların mənafeyinə daha da uyğunlaşdırılmasının vacibliyinə diqqət çəkib.
Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın müstəsna roluna toxunan Teyyub Qənioğlu bu sahənin daha sürətlə inkişafı üçün hökumətin maliyyə-kredit siyasətinin daha da təkmilləşdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Ölkədə iqtidar-müxalifət münasibətlərinin sivil qaydaya düşməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq  olduğunu, PA-nın strukturunda Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasının əlamətdar hadisə hesab etdiyini qeyd edən Teyyub Qənioğlu ölkə həyatında siyasi partiyaların rolunun yüksəldilməsi üçün "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsinin, xüsusilə də partiyaların maliyyələşməsi ilə bağlı maddələrə yenidən baxılmasının vacibliyini nəzərə çatdırıb.
Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycan sərhədini pozmaq, yeni ərazilər işğal etmək cəhdini qətiyyətlə pisləyən Teyyub Qənioğlu xalqımızın, mövqeyindən asılı olmayaraq, demək olar ki, bütün siyasi partiyaların işğalla barışmayacağını, Ali Baş Komandan ətrafında sıx birləşdiyini nümayiş etdirdiyini yüksək qiymətləndirərək torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əmin olduğunu qeyd edib.
Sonda tərəflər hakimiyyətin təşəbbüsü ilə başladılan siyasi dialoqu müsbət qiymətləndirib, onun davamlı və dayanıqlı olmasının əhəmiyyəti barədə həmfikir olduqlarını bildiriblər.

Siyasi       Tarix: 31 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama

ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, İran Silahlı Qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbələr endirəcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpus

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verdi

Bu gün Baş nazir Əli Əsədov Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub. Bu barədə -a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə A

Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətlər

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

Bayramovla Lavrov arasında görüş keçiriləcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xaric

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber cəbhədən şad xəbər hava proqnozu bu gunun xeberleri haqqinda melumat