Eduard Məmmədova vəzifə verildi
Eduard Məmmədov AKF-nin vitse-prezidenti təyin olunub
azxeber.com xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinatlar baş tutub. Dəfələrlə dünya və Avropa çempionu olan Eduard Məmmədov federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.
Bu barədə Məmmədov özü məlumat verib və ona göstərilən etimada görə federasiya rəhbərliyinə təşəkkür edib. O, kikboksinqin inkişafı naminə fəaliyyətini davam etdirəcəyini bildirib:
"Belə bir vəzifəyə təyin olunmaq xoşdur. Azərbaycan idmanına xidmətlərimi davam etdirəcəyəm. Çalışacağam ki, Azərbaycan kikboksinqi hər zaman irəli getsin. İdmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğur qazanmaları üçün əlimdən gələni edəcəyəm".
AKF-nin fəxri prezidenti Adil Əliyevin rəhbərliyi altında keçirilən iclasda digər təyinatlar da olub. Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov isə digər vitse-prezident vəzifəsinə gətirilib. Federasiyanın hazırkı prezidenti Orxan Əliyev isə vəzifəsini davam etdirəcək.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır