Eduard Şarmazanovdan Paşinyanla bağlı ŞOK SÖZLƏR
"Nikolizm dövlətçilik üçün ölümcül ola biləcək bir epidemiyadır. Siz "Qarabağ, yoxsa asfalt" seçimində asfaltı, "qələbə, yoxsa məğlubiyyət" arasında isə məğlubiyyəti seçdiyiniz zaman yollarda türk yük maşınlarının sürücülərinə qarğıdalı satanlara çevriləcəksiniz".
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının İdarə Heyətinin üzvü, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov yazıb.
"Biz təslim olduqdan sonra belə, müttəfiqlər, tərəfdaşlar və hətta düşmənlərimizin təəccübünə rəğmən, gedib Nikolu seçərkən öz əlimizlə evimizi yıxdıq. Azərbaycan Paşinyanın zəifliyindən istifadə edərək Qərb, İran və Rusiya ilə münasibətləri gücləndirir. Qərb Əliyevi etibarlı tərəfdaş hesab edir, Rusiya və İran isə uzunmüddətli strategiya hazırlayır. Bəs Ermənistan haradadır?
Ermənistan yoxdur, çünki Nikol ölkəni tamamilə Türkiyəyə tabe edib. Dünya erməni məsələsində bizimlə deyil, türklərlə danışıqlar aparır. Nikolizm insanlar üçün çirkab suların istifadəsi kimi dövlətçiliyə ölümcül ola biləcək epidemiyadır", – deyə Şarmazanov qeyd edib. (Musavat.com)

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ