Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

Efiopiya ilə bir sıra sənədlər imzalandı - FotoFevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü oldu.
KONKRET.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, bizi ziyarət edirsiniz. Bizim elə indicə cənab Baş nazirlə çox yaxşı söhbətimiz oldu və biz tərəfdaşlığımızın bir çox vacib sahələrini əhatə etdik. Mən cənab Baş nazirə bu yaxınlarda Efiopiyaya səfər etmiş qızım Leylaya göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etdim. Bu səfər ona yaxşı, böyük təəssürat bağışladı. Yeri gəlmişkən, o, ilk dəfədir ki, nümayəndə heyətlərinin görüşündə iştirak edir və bu, onun Sizin ölkənizə, Sizin xalqınıza olan çox xüsusi münasibəti ilə bağlıdır. Mən Sizi bütün nailiyyətləriniz münasibətilə təbrik etmək istəyirəm.
Sizin rəhbərliyinizlə Efiopiya uğurla inkişaf edir, beynəlxalq birliyin vacib bir üzvüdür və iqtisadiyyatınız da artır. Əlbəttə ki, biz ikitərəfli münasibətlərimizin siyasi və iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində gücləndirilməsində çox maraqlıyıq. Bir sözlə, əminəm ki, bu səfər bizim gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz.
Sonra Baş nazir Abiy Əhməd Əli çıxış edərək dedi: Cənab Prezident, əziz Qardaşım. Gözəl ölkənizdə olmaqdan məmnunam və şərəf hissi duyuram. Bakı gözlədiyimdən qat-qat təmiz və gözəl şəhərdir. Bu isə ölkə rəhbərliyinin buna sadiqliyini və yanaşmasını göstərir. Bu, məni çox sevindirir. Həmçinin Sizi təbrik etmək istərdim ki, dostlarınızın hamısı Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər. Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ sadəcə başlayır. Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik.
İki ölkə arasında çoxlu ortaq maraqlar var. İkimiz arasında, həmçinin çox uzlaşma mövcuddur. İndicə başladığımızla yanaşı, ümid edirəm ki, növbəti bir neçə ildə bizim birlikdə sərmayə yatıracağımız vacib sahələr olacaq və beləliklə, hər iki ölkə üçün fərq yaradacağıq.
Leylaya gəldikdə, mən dostlarla ünsiyyət qura bilən və möhkəm bünövrə əsasında münasibətlər yaratmağı bacaran belə təcrübəli qızınızın olduğu üçün Sizi təbrik etmək istəyirəm. Əminəm ki, növbəti səfərdə o, ölkəmizin bəzi bölgələrini görəcək və mən də komandamı, ailəmi Azərbaycanla tanış olmaq və münasibətlərimizi gücləndirmək üçün göndərəcəyəm.
Müzakirə edəcəyimiz çox sahələr var. Sizinlə çox məhsuldar və səmimi müzakirəmiz oldu. Bu məsələlərin bəzilərinin müzakirəsini burada davam etdirə bilərik. Ümumiyyətlə, mən gözəl ölkənizə səfər etməkdən çox şadam. Artıq çox böyük marağım yaranıb. Mən daha çox bilməyi, öyrənməyi və bir çox sahələrdə Sizinlə işləməyi səmimiyyətlə arzulayıram. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Söhbət zamanı Azərbaycanla Efiopiya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu. Həmçinin kənd təsərrüfatı, mədən sənayesi, enerji, energetika, rəqəmsal transformasiya, süni intellekt sahələrində birgə kadr hazırlığı, turizm, mədəniyyət, təhsil, o cümlədən tələbə mübadiləsinin həyata keçirilməsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Görüşdə, eyni zamanda, Efiopiyada "ASAN xidmət" konsepsiyası əsasında mərkəzlərin uğurla fəaliyyət göstərməsi, həmçinin "DOST" təcrübəsinin tətbiqi ilə bağlı müzakirələrin aparıldığı qeyd edildi.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.
Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu" və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu" imzalanıb.

Siyasi       Tarix: 27 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber cəbhədən görüntülər xeberler bugun sonxabar