Əfqanıstanla birbaşa ticarət münasibətlərinin qurulması perspektivi mövcuddur - SOCAR

Əfqanıstanla birbaşa ticarət münasibətlərinin qurulması perspektivi mövcuddur - SOCARƏfqanıstanla birbaşa ticarət münasibətlərinin qurulması perspektivi mövcuddur.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, Əfqaınstan hökumətinin yüksək vəzifəli məmurları bir müddət əvvəl SOCAR rəhbərliyi ilə görüşlər zamanı neft məhsullarını birbaşa şirkətimizdən almaq niyyətlərini açıqlayıb:
"Onların sözlərinə görə, bizim neft məhsullarımız Əfqanıstana möhtəkirlər, bəzən isə qaçaqmalçılar vasitəsilə daxil olur ki, bu da məhsulların keyfiyyətinə nəzarətdə öz mənfi təsirini göstərir. Fikrimcə, Əfqanıstan tərəfi ilə gələcəkdə birbaşa ticarət münasibətlərinin qurulması perspektivi mövcuddur. O zaman bizim məhsulumuz Əfqanıstana Heydər Əliyev adına Neft Emalı Zavodunu tərk etdiyi şəkildə çatacaq".
Əfqanıstan KİV-lərinin guya Azərbaycandan aşağı keyfiyyətli 60 tanker qazın tədarük edilməsi barədə xəbərlərə münasibətini bildirən İ.Əhmədov deyib ki, Heydər Əliyev adına Neft Emalı Zavodu mayeləşdirilmiş qazın əsas hissəsini Azərbaycanda istehsal edir:
"20448-2018 istehsal standartına uyğun olaraq, məhsulun tərkibində butanın həcmi 60 faizdən az olmamalıdır. Bizim mayeləşdirilmiş qazın tərkibində bu, 75 faizə yaxındır. Amma SOCAR bu məhsulun ixracı ilə özü məşğul olmur. Ölkə daxilində və xaricdə onun satışlarını "MəişətMayeQaz" MMC həyata keçirir. Mənə məlum olduğu qədər, bu şirkət də Əfqanıstana ixracı bilavasitə reallaşdırmır. Məhsulu ölkəyə möhtəkirlər çatdırır, məhsul son istehlakçıya çatanadək bir neçə əldən keçir".
Həmin KİV-lərdə qeyd edilən keyfiyyət səviyyəsinə gəldikdə isə İ.Əhmədov bildirib ki, bu məhsul SOCAR-ın zavodunda həmin tərkibdə istehsal edilə bilməz:
"Sıfır butan tərkibli mayeləşdirilmiş qaz yanar maddənin çatışmazlığı ilə əlaqədar işləyə bilməzdi, bu isə daxili istehlakçının gözündən qaçmaz. KİV-dəki məlumat natamam olduğu üçün, hələlik ticarət şirkətləri tərəfindən Əfqanıstana göndərilmiş məhsulun əsas kütləsini nəyin təşkil etdiyi aydın deyil. Məhsulu kip bağlanmış sisternlərdə təzyiq altında daşımaq lazımdır. Məhsulun hansı şərtlərdə daşınması, yolda və ya şirkətlər arasında təhvil verilərkən nə baş verməsi bizə məlum deyil".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 07 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda sou xeberler son xeber 2026 son xeberler bugun