Əhalinin NƏZƏRİNƏ: 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər - Bu HALDA

Əhalinin NƏZƏRİNƏ: 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər - Bu HALDAÖlkədə 1, 3 və 5 qəpik nominalında olan metal pul vahidlərinin gündəlik istifadəsi demək olar ki, minimuma enib. Bu qəpiklər əsasən iri marketlərdə alış-veriş zamanı qalıq pul kimi qaytarılır, lakin bir çox vətəndaş həmin məbləği götürməyə belə ehtiyac duymur. İctimai nəqliyyatda istifadə olunan BakıKart sistemində də bu qəpiklərdən yararlanmaq mümkün deyil. Hazırda 3 və 5 qəpiyə əsasən yalnız polietilen torba almaq mümkündür, 1 qəpiklə isə satışda faktiki olaraq heç bir məhsul yoxdur. Bəs əhali tərəfindən demək olar işlədilməyən bu pul vahidləri niyə dövriyyədən çıxarılmır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qəpiklərin dövriyyədən çıxarılması yalnız onların tam istifadəsiz qalması halında mümkündür.
Əhalinin NƏZƏRİNƏ: 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər - Bu HALDAOnun sözlərinə görə, hər bir valyutanın xırda nominal pulları olmalıdır:
"İstənilən halda qiymətlər mövcuddursa, mağazanın borcudur ki, qalıq məbləği dəqiq şəkildə qaytarsın. Kimsə həmin qəpiyi qəbul etmirsə, bu artıq şəxsi seçimdir. Amma istifadə edənlər olduğu müddətdə pul vahidi dövriyyədə qalmalıdır".
Ekspert qeyd edib ki, son illər nağdsız ödənişlərin artması xırda qəpiklərə ehtiyacı azaldıb.
"Buna baxmayaraq, tam imtina üçün hüquqi və iqtisadi əsasların formalaşması vacibdir. Gələcəkdə bu nominal pulların dövriyyədən çıxarılması mümkündür, lakin hazırda onlardan istifadə edənlər olduğu üçün belə qərarın verilməsi real görünmür".
Müşviq Tofqioğlu
KONKRET.az

Sosial       Tarix: 28 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xabar az ən son xəbərlər cəbhədən canlı