Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib.
XİN-in mətbuat xidməti idarəsindən verilən xəbərə görə, sərgidə Xarici İşlər Nazirliyinin nümayəndələri, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Fransanın "Fransa Xatirələri" Cəmiyyətinin Azərbaycandakı baş nümayəndəsi Aleksandr Vattin, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov və Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov çıxış ediblər.
Çıxış edənlər Əhmədiyyə Cəbrayılovun həyat yolu, onun İkinci Dünya müharibəsində antifaşist müqavimət hərəkatında nümayiş etdirdiyi qəhrəmanlıq, Azərbaycan-Fransa əlaqələrinə verdiyi töhfədən bəhs ediblər.
Tədbirdə çıxış edən Aleksandr Vattin İkinci Dünya müharibəsindən sonra Əhmədiyyə Cəbrayılovun təltif olunduğu, lakin sağlığında ona təqdim olunmayan orden və medalları onun ev muzeyində saxlanması üçün oğlu Cavanşir Cəbrayılova təqdim edib.
Tədbir çərçivəsində AR Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsi tərəfindən dərc etdirilmiş "Əhmədiyyə Cəbrayılov 100" adlı kitab tədbir iştirakçılarına təqdim olunub.
Tədbir iştirakçıları, həmçinin Əhmədiyyə Cəbrayılova dair foto materiallardan hazırlanmış sərgiyə baxış keçiriblər.





Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar