"Ehtimal ki, Azərbaycan xüsusi təyinatlıları "Mossad" məktəbi keçiblər" - Rəsul Quliyev
"Azərbaycan xüsusi təyinatlılarının antiterror əməliyatlarına başlamalarından bu günə qədər çox diqqətlə izləyirəm. Azərbaycan ordusunun çox qısa, daha doğrusu bir gündən də az bir müddətdə terroristləri tərksilah etməsi və əməliyyatı dinc əhalinin zərər görmədən aparması xüsusi təyinatlıların peşəkarlığının nəticəsində baş tutub".
KONKRET.azxəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.
O, bildirib ki, əməliyyata hazırlaşmaq, terrorçuların yerlərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və ordunun dəqiq atəşləri istənilən qəddar terrorçunu təslim olmağa məcbur edir:
"Mən ABŞ, Böyük Britaniya və İsrailin "Mossad"ı barədə 10-larla sənədli kitablar oxumuşam. Azərbaycanın xüsusi təyinatlılarının apardığı əməliyyatlar bu kəşfiyyat idarələrinin dəsti xəttinə bənzəyir. Çox ehtimal Azərbaycan xüsusi təyinatlıları "Mossad" məktəbi keçiblər.
Son günlər yaramaz erməni terrorçu "liderlərinin" səssiz-küysüz, heç bir qan tökmədən tutulub Bakıya haqq-ədalət məhkəməsinin gətirilmələri təqdirə layiqdir. Bu tədbirlər Azərbaycan ordusunu, onun Xüsusi Xidmət orqanlarının və Hərbi Kəşfiyyatını dünya səviyyəsinə çıxarır. Hətta 30 il bundan öncə terrorizmi özünə yol seçmiş Qukasyanın eyni zamanda terrorbaşı Harutyunyan həbs edilməsi bir daha Azərbaycan xalqına qarşı düşmənçilik etmiş heç bir şəxsin bundan sonra rahat yaşaya bilməyəcəklərinə dəlalət edir.
1987-ci ildən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin müəllifləri əgər sağdırlarsa bilməlidirlər, heç kim unudulmayıb…
Hesab edirəm ki, Azərbaycan rəhbərliyi uyğun bilərsə dövlətimizin Xüsusi Xidmət orqanlarının Xüsusi Təyinatlıları Ermənistanın daxilində gizlənən Köçəryan, Sarkisiyan kimilərini də tutub Bakıya gətirmək iqtidarındadır. Şəxsən mən Azərbaycanın rəşadətli ordusu, eyni zamanda güc strukturları ilə fəxr edirəm!
Azərbaycan silahlı qüvvələrinin, güc strukturlarının beynəlxalq səviyyəyə qalxmasında xüsusi rolları olmuş – Prezident, Birinci Vitse-Prezident başda olmaqla zəhmət çəkmişlərin hamısına eşq olsun deyirəm".
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ