Əkin sahələrindəki zərərli orqanizmlərə qarşı kimyəvi dərmanlama aparılıb
Əkin sahələrindəki zərərli orqanizmlərə qarşı kimyəvi dərmanlama aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
AQTA-dan Oxu.Az-a verilən məlumata görə, Agentliyin fitosanitar müfəttişləri bu dəfə Bərdə, Tərtər, Yevlax və Ağdam rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birgə əkin sahələrində monitorinq keçiriblər.
Monitorinq zamanı əkin sahələrində 8.8 hektar sahədə təhlükəli karantin alaq otu olan tikanlı quşüzümü (Solanum rostratum Dunal.) ilə sirayətlənmə aşkar edilib.
Təhlükəli karantin alaq otunun digər sahələrə yayılmasının qarşısını almaq məqsədi ilə 4.5 hektarda kimyəvi, 4.3 hektarda isə mexaniki üsulla mübarizə tədbirləri həyata keçirilib. Mexaniki üsulla mübarizə nəticəsində sahədən yığılmış tikanlı quşüzümü yandırılaraq məhv edilib.
Dərmanlanmış sahələrin kənarlarına isə kimyəvi mübarizənin aparıldığı barədə xəbərdaredici lövhələr quraşdırılıb.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb