Ekspert: "Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti Fransanın təsiri altında özünü göstərir
Ekspert: "Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti Fransanın təsiri altında özünü göstərir"
"Mənə elə gəlir ki, Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti Fransanın təsiri altında özünü göstərir. Bilirik ki, Fransada güclü erməni diasporu mövcuddur. Almaniya və Fransa isə Avropa İttifaqının iki lideridir. Ona görə də bütün əsas məsələlərdə ortaq mövqe tutmağa çalışırlar. Fransa Azərbaycana qarşı olduqca sərt mövqe sərgiləyən zaman Almaniya siyasətçiləri və mediası da onları dəstəkləməyə başladı".
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
Ekspertin fikrincə, bu, Almaniyanın Azərbaycana qarşı belə münasibətinin ilk, lakin yeganə olmayan səbəbidir: "Bu həm də antitürk əhval-ruhiyyə ilə əlaqədardır. Həm Fransada, həm də Almaniyada "anti-Ərdoğan" siyasəti mövcuddur, bu, bəzən "anti-İslam" siyasətinə də çevrilir".
S.Markov Almaniyadakı böyük türk icmasının olduğunu və bununla əlaqədar Türkiyəyə qarşı təbliğat aparıldığını qeyd edib: "Avropa mediasında indi Türkiyə və Azərbaycanın, demək olar, eyniləşdirilməsi olduğundan anti-Azərbaycan mövqe Almaniyanın anti-Türkiyə mövqeyinin tam təzahürüdür". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına