Ekspert: Amerika şirkətləri öz qərarlarını rəsmi ABŞ hökuməti ilə koordinasiya etmirlər

Ekspert: Amerika şirkətləri öz qərarlarını rəsmi ABŞ hökuməti ilə koordinasiya etmirlərABŞ şirkətləri, xüsusilə "Exxon Mobil", bir çox yerlərdə, ABŞ-ın digər ölkələrdəki səfirlikləri ilə məsafə saxlayırlar və ABŞ-ın rəsmi siyasi xətti ilə özlərinin əlaqələndirilməsini istəmirlər. ABŞ neft şirkətləri heç vaxt dövlətə məxsus olmayıblar. ABŞ-ın federal və yaxud ştat hökumətləri heç vaxt onlarda hansısa pay sahibi olmayıblar. Əksəriyyəti əzəldən dövlət şirkətləri olan və ya dövlətə məxsus olan və sonralar özəlləşdirilən Avropa neft və qaz şirkətlərindən fərqli olaraq, ABŞ neft şirkətləri tamamilə başqa cür inkişaf etmişlər. Avropa və Asiyada, əksinə, bir çox neft şirkətləri, Amerika şirkətlərindən fərqli olaraq, öz mənşə ölkələri ilə sıx əlaqələrə malikdirlər.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında ABŞ-ın Corctaun Universitetinin professoru, xarici siyasət və energetika üzrə tanınmış mütəxəssis Brenda Şaffer deyib.
"Amerikanın neft şirkətləri xaricdəki investisiya strategiyalarında kommersiya amilləri əsasında işləyirlər. Misal üçün, Azərbaycanda enerji daşıyıcılarının ixracına münasibətdə Amerika siyasətinin tarixinə nəzər salsaq, görərik ki, ABŞ hökuməti tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsinə fəal dəstəyə baxmayaraq, Xəzər bölgəsindəki layihələrdə iştirak edən Amerikanın iri neft şirkətlərinin əksəriyyəti bu ixrac marşrutunu dəstəkləməyib. Amerika şirkətləri layihədə çox kiçik paylar əldə ediblər.
Ümumiyyətlə, son 10 il ərzində Amerika neft-qaz bumu nəticəsində ABŞ-ın neft-qaz şirkətlərinin əksəriyyəti xarici investisiyalarını azaldıb. Hazırda işlədilmə üçün ABŞ-da neft-qaz ehtiyatları çoxdur. Burada olan aparıcı mühəndislərin və texniki mütəxəssislərin ABŞ-da işləməsi üçün şərait yaratmaq, onları xarici ölkələrə göndərməkdən xeyli asandır. Hal-hazırda ABŞ-da layihələrin işlənib hazırlanması əksər digər ölkələrdən nisbətən daha ucuzdur. Bu "evə qayıdış" siyasətinin bir hissəsi kimi, təəccüblü deyil ki, ExxonMobil və Chevron Azərbaycan kimi ölkələrdəki layihələrdən öz iştirak payını çıxardırlar.
Beynəlxalq neft şirkətlərinin mövcud sərmayələrini müntəzəm olaraq qiymətləndirməsi qərarlaşmış bir praktikadır. Məsələn, kiçik paylar özünü heç də hər zaman kiçik investisiyalarla doğrultmayan dərəcədə idarəetmə (menecmentlik) vaxtının sərf olunmasını tələb edir. Böyük beynəlxalq neft şirkətləri idarəetmə xərclərini azaltmaq üçün tez-tez investisiyalarının coğrafi əhatə zonalarını birləşdirilər. Bundan başqa, şirkətlərin bir layihədə iştirakını davam etdirməsi üçün investisiyaların mənfəətliliyi kifayət etmir. Bu investisiyalar alternativ imkanlardan daha çox mənfəət gətirməyə davam etməlidir. Beləliklə, 90-cı illərin əvvəllərində özünü doğrultmuş bir investisiya qoyuluşu, bu əsrin 20-ci illərində onların investisiya portfelinə uyğun olmaya da bilər. Bunun siyasətlə heç bir bağlantısı yoxdur.
"Chevron" və "ExxonMobil" 2018-ci ilin dekabr ayında Azərbaycandakı layihələrdəki paylarını çıxartmaq niyyətində olduqlarını elan ediblər. Bu qərarların ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlərlə heç bir bağlantısı olmamışdır. Sadəcə, qeyd etdiyim kimi, bu tip kommersiya qərarları ABŞ hökuməti ilə razılaşdırılmır.
Eyni zamanda, hazırda Vaşinqton və Bakı arasında mükəmməl siyasi münasibətlər mövcuddur. Ötən həftə ABŞ prezidenti Donald Tramp Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bu təbrik məktubunda ifadə olunmuş Amerikanın Azərbaycana dəstəyinin səviyyəsi demək olar ki, presedentsiz olmuşdur.
ABŞ-ın hazırkı administrasiyası çox praqmatik geosiyasi yanaşma sərgiləyir və Azərbaycanı Rusiya, İran və Türkiyənin episentrində yerləşən mühüm strateji tərəfdaş kimi görür.
Energetika sahəsində ABŞ hökuməti Cənub Qaz Dəhlizi layihəsinə fəal dəstək göstərməyə davam edir və onun bu il planlaşdırılan tamamlanmasına nəinki Azərbaycanın və Avropanın enerji təhlükəsizliyi baxımından vacib hadisə kimi, hətta Amerikanın xarici siyasətinin uğuru kimi baxır", - deyə o qeyd edib".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 27 may 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber cəbhədən video idman xeberleri siyaseti xeberler bugun