Ekspert: "Bu ilin sonuna qədər turizm sektorunda əvvəlki canlanmanı müşahidə edə bilərik"

Ekspert: "Bu ilin sonuna qədər turizm sektorunda əvvəlki canlanmanı müşahidə edə bilərik"Pandemiya ilə əlaqədar karantin qaydalarının getdikcə yumşaldılması sayəsində bu ilin sonuna qədər turizm sektorunda əvvəlki illərə bənzər canlanma müşahidə edə bilərik.
Milli.Az bildirir ki, bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.
Onun sözlərinə görə, ümumilikdə pandemiyadan sonra rayonlara gediş-gəlişin açılması ölkə turizminin yenidən ayağa qalxması üçün atılmış addımlardan biri oldu:
"Buna qədər Dövlət Turizm Agentliyi ölkə turizminə bu çətin durumda fayda gətirə biləcək bir sıra layihələr hazırlamışdı. Hesab edirəm ki, rayonlara gediş-gəlişin bərpası nəticəsində həmin işlərin effektivliyini yavaş-yavaş görəcəyik. Bunlardan biri SAHMAN proqramıdır ki, burada turizm şirkətlərinin, bələdçilərin, turizm nəqliyyatı əməkdaşlarının və bütün hotellərin pandemiya dövrü turizmində nələr etməli olmaları barədə bütün qaydalar əks edilib. Eyni zamanda, burada həm də turizm müəssisələrinə marketinq dəstəyinin göstərilməsi nəzərdə tutulub".
Ekspert qeyd edib ki, rayonlara gediş-gəlişin açılması bütün bölgə hotellərində canlanmaya səbəb olacaq:
"Nəinki hotellərdə, eyni zamanda magistral yol kənarlarında fəaliyyət göstərən bütün ictimai iaşə obyektlərində bu canlanma hiss olunacaq. İstənilən halda ölkə turizminin yenidən aktivləşməsi üçün bir addım atılıb. Ümid edirik ki, yumşalmalar davamlı olacaq, bunun sayəsində turizm tədricən əvvəlki həyatına qayıdacaq. Belə olduğu halda turizmçilər ardıcıl yumşalmalar fonunda bu ilin sonuna qədər əvvəlki illərə oxşar aktivliyi görə biləcəklər".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 09 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda sou xeberler son xeber 2026 son xeberler bugun