Ekspert: Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir
Xocalı rayonunun Daşkənd kəndi ərazisində mina hadisəsi baş verib. Hadisə nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xəsarət alıb və onun sol aşıq-baldır oynağı nahiyəsi amputasiya edilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Torpaqlarımızın azad edilməsindən illər keçməsinə baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritələrini tam şəkildə təqdim etməməsi minatəmizləmə prosesini çətinləşdirir və insan həyatı üçün təhlükə yaradır.
Hərbi ekspert Ədələt Verdiyev azxeber.com-a açıqlamasında deyib ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi qeyri-qənaətbəxşdir:
"Müharibənin başa çatmasından 6 il keçməsinə baxmayaraq, bu günə qədər Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etmir. 2008-ci ildən sonra bütün dünyada ərazilərin xəritələrinin hazırlanmasında GPS sistemlərindən aktiv şəkildə istifadə olunub. Amma Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi qeyri-qənaətbəxşdir. Xəritələrin böyük hissəsi qeyri-dəqiqdir. Onların dəqiqlik faizi mütəxəssislər tərəfindən 25 faizə qədər qiymətləndirilib. Bu isə minatəmizləmə ilə məşğul olan heyətin həyat və sağlamlığı üçün çox böyük risklər yaradır".
"Ermənistanın Azərbaycana qarşı terroru hələ də davam edir. Bu mina terroru Azərbaycan ərazilərinin təmizlənməsinə və əhalimizin doğma yurduna qayıtmasına böyük maneələr yaradır",-deyə ekspert qeyd edib.
Şahanə Ziyad
Xidmetler [newsid: 0-123300]

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı