"Ekstrasenslərin döyüşü"nə gələnlərin hamısı aktyor idi
Rusiyada yayımlanan məşhur "Ekstrasenslərin döyüşü" verilişinin keçmiş aparıcılarından biri olan illüziyaçı Sergey Safronov etirafı ilə diqqət çəkib.
azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, rus mətbuatıba müsahibəsində proqramın bütün iştirakçılarının aktyor olduğunu və bunun tamamilə şou olduğunu bildirib. Onun sözlərinə görə, o, əvvəldən ekstrasenslərin mövcud olmadığına inanırdı:
"Mən əvvəldən bilirdim ki, ekstrasenslər yoxdur. Şouya gələnlərin hamısı aktyor idi. XXI əsrdə nə cadu, nə hobbit, nə orklar? İnsanın gəlib linza, paltar geyinib vampirə çevrildiyini görürük" deyə, Safronov bildirib.
Safronov çəkiliş zamanı bəzən ekstrasenslərdən şəxsi həyatı barədə nələrsə demələrini istəyib, lakin heç kim onun həmin vaxt ikinci mərhələ xərçənglə mübarizə apardığını bilməyib.
"15 il ərzində bircə dəfə də olsun həqiqi ekstrasensə rast gəlmədim, deyə, illüziyaçı qeyd edib.
Xatırladaq ki, 2006-cı ildən yayımlanan layihə Safronov qardaşlarına ölkə miqyasında məşhurluq gətirib. Sergey Safronov 2020-ci ildə proqramı tərk edib. Ona qarşı irəli sürülən qanunsuz gəlir ittihamlarından illüziyaçı tam bəraət qazanıb.

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır