"Əl-Cəzirə" İsraili Beynəlxalq Cinayət Məhkəməsinə verdi
Qətərin "Əl-Cəzirə" telekanalı jurnalist Şirin Əbu Aklenin ölümü ilə bağlı İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.
KONKRET xəbər verir ki, bu barədə "Al Jazeera Media Network" media holdinqinin saytında dərc olunmuş bəyanatda deyilir.
Bildirilib ki, "Əl-Cəzirə"nin hüquq qrupu araşdırma aparıb və çoxsaylı şahid ifadələri, video görüntülər və məhkəmə-tibbi sübutlara əsaslanan yeni dəlillər aşkar edib.
Telekanal israr edir ki, İsrail hərbçiləri jurnalisti qəsdən vurub, çünki onun olduğu ərazidə başqa hədəf olmayıb.
Qeyd edək ki, ikili vətəndaşlığı olan (Fələstin və Amerika) Şirin Əbu Akle mayın 11-də İsrail əsgərləri ilə fələstinlilər arasında silahlı toqquşmaların baş verdiyi Cenin şəhərindəki qaçqın düşərgəsini işıqlandırarkən güllələnib. İsrail hökuməti insidentlə bağlı birgə araşdırma aparmağı təklif edib. İyunun sonunda Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı İsrail hərbçilərinin açdığı güllədən ölən jurnalistin ölümü ilə bağlı araşdırmanın nəticələrini dərc edib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı