Elbəyi: Türkiyə mətbuatı siyasi sifarişlə idarə olunur
"Türkiyə ilə Azərbaycan arasında yenə gərginlik yaranıb. Niyə? Çünki Azərbaycan Türkiyənin istəyi ilə oturub-durmur. Daha dəqiq desək, Türkiyə istəyir ki, Azərbaycan İsraillə düşmən olsun. Azərbaycana isə bu, qətiyyən lazım deyil".
KONKRET.az xəbər verir ki, bu sözləri mühacir jurnalist, siyasi müşahidəçi Elbəyi Həsənli sosial şəbəkədə qeyd edib.
"Ən pisi odur ki, Türkiyə mətbuatı məqsədli şəkildə, yəni AKP iqtidarının sifarişi ilə antiazərbaycan təbliğatı aparır. Özü də feyk xəbərlər yaymaqla. Azərbaycan tərəfinin rəsmi etirazına baxmayaraq, Türkiyə tərəfi feyk xəbərləri aradan qaldırmır. Bu, son dərəcə pisdir, biabırçılıqdır. Həm də bu fakt onu göstərir ki, Türkiyə mətbuatı kifayət qədər azad deyil. Siyasi sifarişlə idarə olunur. Eynən Azərbaycanda da belədir.
Türkiyə mətbuatı yazır ki, BMT Baş Assambleyasında çıxışı boykot edilən İsrail Baş naziri Netanyahunu dinləyənlər arasında Azərbaycanın rəsmi nümayəndə heyəti olub, halbuki olmayıb. Yəni bütün dünyanın gözü qarşısında baş verən hadisəni Türkiyə mediası köklü şəkildə təhrif edir. Və ya Azərbaycan dövləti adından "Avroviziya-2026-da İsrail yoxdursa, biz də yoxuq" başlığı ilə saxta xəbərlər yayırlar.
Türkiyə də, sayın Tayyib Ərdoğan da başa düşməlidir ki, Azərbaycana böyük qardaş lazım deyil. Heç bir ölkə Azərbaycana nəyisə diktə edə bilməz. Biz kiminsə sifarişi ilə oturub-dura bilmərik. Azərbaycan olaraq bu, bizə heç yaraşmaz da…
Pakistan-Hindistan savaşında Türkiyə və Azərbaycan Pakistana dəstək verdi. İsrail isə bütün imkanları ilə Hindistanın yanında idi. Sirr deyil ki, İsrail Pakistan və Türkiyə ilə düşmən kimidir. Ancaq İsrail bizə demir ki, sən mənə görə Türkiyə və Pakistanla düşmən olmalısan. Bu mənada Türkiyə də anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir. Onun da öz maraqları var.
Başqa bir məqam. Türkiyə digər türk dövlətləri ilə də belə danışa bilməz. Danışmamalıdır da. Məsələlər müzakirə olunub qarşılıqlı konsensus əsasında öz həllini tapmalıdır.
Türkiyə Azərbaycana möhtacdır. Azərbaycan da Türkiyəsiz qol-qanadı sındırılmış quşa dönərdi. Ancaq istənilən halda sən Fələstinə görə Azərbaycanın üzərinə yeriyə bilməzsən.
Umu-küsü yol deyil. Proseslərə praqmatik yanaşmaq lazımdır. Türkiyə və Azərbaycan bilməlidir ki, qarşılıqlı ittihamlar bizi qaranlığa aparır", – o qeyd edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib