Elçin Əmirbəyov: "Azərbaycan Çini strateji tərəfdaş hesab edir

Elçin Əmirbəyov: "Azərbaycan Çini strateji tərəfdaş hesab edir".
Bunu Çinin "Feniks TV" telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
Ölkələr arasındakı ikitərəfli münasibətləri şərh edən E.Əmirbəyov Azərbaycanın Çinlə siyasi dialoqunu dərinləşdirmək və gücləndirmək istəyini vurğulayıb:
"Biz hesab edirik ki, ölkələrimiz arasında dialoqun keyfiyyəti yüksək səviyyədədir. Çinin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətlər yaxşıdır, onlar bir neçə dəfə görüşüblər. Bu isə ikitərəfli əməkdaşlığın keyfiyyətinə daha da yaxşı təsir edib".
E.Əmirbəyov qeyd edib ki, Çinin beynəlxalq münasibətlərdə rolu çox mühümdür, çünki bu ölkə BMT Təhlükəsizlik Şurasının mühüm üzvü və Azərbaycana dost ölkədir:
"Ötən il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. Təbii ki, 2022-ci ilin sentyabrında liderlərimizin Səmərqənddə görüşməsi təsadüfi deyildi. Siyasi dialoqumuzun yüksək keyfiyyəti liderlərimiz arasındakı yaxşı münasibətlərdən irəli gəlir. Onlar təkcə ikitərəfli məsələlərdə deyil, beynəlxalq gündəmdə də qarşılıqlı anlaşmaya malikdirlər".
O bildirib ki, iki ölkənin liderləri iqtisadi və ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha çox iş görülməli olduğu, hökumət üzvləri, liderlər və parlamentlər səviyyəsində müntəzəm təmasların davam etdirilməsinə dair razılığa gəliblər:
"Çin Azərbaycanı yeni cəlbedici turizm məkanı hesab etsə, biz çox şad olardıq. Ona görə də razılaşdıq ki, iki ölkə arasında birbaşa aviareyslər tezliklə bərpa olunsun. Bu, insanlar arasında əlaqələri də gücləndirəcək".
E.Əmirbəyov "Bir kəmər - bir yol" layihəsinin rolunu da şərh edib.
"Azərbaycan ənənəvi enerji resursları, neft və qaz tədarükçüsü kimi tanınır, eyni zamanda Avropa qitəsində enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır. Düşünürəm ki, hər iki lider Çin tərəfindən 10 il əvvəl "Bir kəmər - bir yol" layihəsi çərçivəsində irəli sürülmüş təşəbbüsdən faydalanmaq üçün daha çox şey edə biləcəyimiz barədə razılığa gəliblər", - bildirib.
Prezidentin nümayəndəsi əlavə edib ki, Azərbaycan coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında əlaqələrin təmin edilməsində rol oynayıb. Ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin təmin edilməsində çox fəal olub, həmçinin Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edib:
"Bu, Orta Dəhliz adlanan layihənin həyata keçirilməsi üçün böyük ölçüdə istifadə oluna bilən və Azərbaycanın tam dəstəklədiyi "Bir kəmər - bir yol" təşəbbüsü ilə uyğunlaşdırılan infrastrukturdur".
///Report

Siyasi       Tarix: 18 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xeberler bu gun ən son xəbər şou biznes xəbərləri