Elçin Əmirbəyov: 'Sülh prosesində Ermənistan səmimi şəkildə nəticəyə köklənməlidir

Elçin Əmirbəyov: 'Sülh prosesində Ermənistan səmimi şəkildə nəticəyə köklənməlidir"Sülh yaxındır, Ermənistan yenə də bu sülhün ona gətirəcəyi faydaları dərk etməli və səmimi şəkildə nəticəyə köklənməlidir".
Bu sözləri İngiltərənin "The Guardian" nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.
Əmirbəyov vurğulayıb ki, sülh prosesinin bu həlledici mərhələsində, bütövlükdə tərəflərin sülh sazişi üzərində razılıq əldə etməsinə yaxınlaşdığı bir vaxtda İrəvanın konkret nəticələrə nail olunmasına səmimi şəkildə köklənməsi zəruridir.
O daha sonra bildirib ki, ötən həftə Bakı sülh sazişi mətninin son variantını Ermənistan tərəfinə verib və hazırda İrəvanın göstərilən təkliflərə cavabını gözləyir.
"Ermənistan Azərbaycanla sülhün ona gətirəcəyi bütün faydaları tam şəkildə dərk etməli və nəhayət, sülh prosesinin pozulmasına və Azərbaycanla hərbi qarşıdurmanın yenidən başlanmasına yönəlmiş bütün zərərli illüziyalardan və destruktiv yanaşmalardan əl çəkməlidir", - deyə Elçin Əmirbəyov qeyd edib.
Prezidentin nümayəndəsi Bakı tərəfindən hazırlanan sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi diqqətə çatdırıb və eyni zamanda qeyd edib ki, sərhədin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəb xarakterli olması və çox vaxt tələb edəcəyi nəzərə alınaraq daha sonrakı mərhələdə həll oluna bilər.
Elçin Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında vurğulayıb ki, Azərbaycan bu məsələdə kənardan hər hansı müdaxilə olmadan Ermənistan-Azərbaycan komissiyasının yaradılması ideyasına üstünlük verir.
"Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən alternativ marşrutun, orta dəhlizin yaradılması kontekstində deyil, həmçinin öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi nəzərdən keçirir. Bu mənada bölgədə baş verən hadisələr göstərdi ki, üç il səbirlə Ermənistandan cavab gözləyən Bakı artıq vaxt itirmək niyyətində deyil. Ermənistan Zəngəzur dəhlizinin yaradılmasının onun üçün faydasını dərk edə bilmədiyi, Azərbaycan tərəfindən ona qarşı gözlənilən "təcavüz" barədə absurd narrativlər yaymağa davam etdiyi və bundan sonra da regional dalana dirənməkdə inadkarlıq göstərdiyi halda, Bakı konkret addımlar atılmasına və yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin qonşu İran ərazisindən yaradılmasına üstünlük verərək "B planı" adlandırılan layihənin həyata keçirilməsinə başlayıb", - deyə Elçin Əmirbəyov vurğulayıb. / azxeber.com

Siyasi       Tarix: 28 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntüleri krimnal bugun cəbhədən son durum