Eldar Həsənovla bağlı qərar dəyişmədi

Eldar Həsənovla bağlı qərar dəyişmədiAzərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovla bağlı 10 illik azadlıqdan məhrum etmə qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda məhkum şəxsin vəkili çıxış edərək müvəkkilinə bəraət verilməsini istəyib.
İttiham tərəfi isə əvvəlki qərarda hər hansı qanun pozuntusu olmadığını əsas gətirərək şikayətin rədd edilməsini tələb edib.
Rəşad Abdulovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin fikrini öyrəndikdən sonra qərar qəbul edib.
Qərara əsasən şikayət əsasız sayılaraq təmin edilməyib.
Qeyd edək ki, Eldar Həsənov 2020-ci ildə həbs edilib.
O, Azərbaycanın Rumıniya, Bosniya və Herseqovina, Serbiya və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunub.
Bundan başqa o, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. / azxeber.com

Sosial       Tarix: 18 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni tikilmiş binalarda ev alanları gözləyən sürpriz

Yeni tikililərdən mənzil alan vətəndaşların bir hissəsi sonradan müxtəlif problemlərlə üzləşdiklərini bildirirlər. Bu problemlər tikintinin keyfiyyətindən tutmuş sənədləşmə, layihə dəyişiklikləri, parking çatışmazlığı v

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Evlərin sığortalanması mövzusu aktual olsa da, bir çox insanlar bu imkanlardan istifadə etmir. Bunun əsas səbəbləri arasında məlumat azlığı, əlavə xərc kimi qəbul edilməsi və risklərin düzgün qiymətləndirilməməsi göstərilir

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.   -a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub. İttiham aktın

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirili

Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO

İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub. 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanay

Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb. xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dər


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünki xəbərlər sonxeber.az valyuta mezenesi cebheden xeberler