Eldəniz Səlimova görə saxlanılan Şəmsəddin Xanbabayevin sürücüsü sərbəst buraxılıb

Eldəniz Səlimova görə saxlanılan Şəmsəddin Xanbabayevin sürücüsü sərbəst buraxılıbDeputat Eldəniz Səlimovun işi ilə bağlı saxlanılan Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin sürücüsü sərbəst buraxılıb.
Bu barədə Lent.az-a Ş.Xanbabayevin köməkçisi məlumat verib.
O qeyd edib ki, araşdırma aparılıb, icra başçısının sürücüsünün bu işlə əlaqəsinin olmadığı məlum olub və o dərhal sərbəst buraxılıb.
Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclisdə Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" təqdimatına baxılıb.
Avqustun 3-də Milli Məclis tərəfindən deputat toxunulmazlığına xitam verilən E.Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə baş verən gün Xaçmaz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayevin sürücüsü Mənsur da polis tərəfindən saxlanılmışdı.
Şəmsəddin Xanbabayev də mətbuata açıqlamasında sürücüsünün hadisə vaxtı deputatla birlikdə həmin restoranda olduğunu təsdiqləyib: "Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Amma sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm. O restoran da burada, yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Bəli, olub orada hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim. O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm ki, o, davakar adam deyil. Sadəcə deputat restorana mənim maşınımda gedib".

Sosial       Tarix: 10 avqust 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 40 minədək cərimələnəcək

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur. -a istinadla xəbər verir ki

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y

Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun 0,2 % azalaraq 1,9359 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0364 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - Seysmoloqdan cavab

Minlərlə insanın həyatına son qoyan zəlzələ Venesuelada faciənin miqyasını hər saat daha da böyüdür. Ölənlərin sayı artıq 2 595 nəfəri keçib, on minlərlə insanın isə taleyi hələ də naməlumdur. Bu dağıdıcı zəlzələ yeni narahatlıqlar

Azərbaycanda pensiya sistemi dəyişir? - Qadınlarla bağlı iddialara aydınlıq gəldi

Azərbaycanda pensiya sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə, pensiya artımlarının yalnız maddi ehtiyacı olan qadınlara şamil edilməsi ilə bağlı səslənən fikirlər cəmiyyətdə müxtəli

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeber cəbhədən son məlumat son.xeber hava proqnozu