Elə ailələr var ki, evlərində bir yox, iki avtomobil var' - Bakıdakı tıxac problemi necə həll edilməlidir?
Bir neçə ildir ki, tıxaclar Bakıda əsas problemə çevrilib. Tıxaclar təkcə mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatında yaranır.
Məlumdur ki, tədris ilinin başlaması tıxacların daha da artmasına səbəb olacaq. Bəs, Bakının tıxac problemi necə həll oluna bilər?
Məsələ ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev vurğulayıb ki, Bakıda tıxac problemi getdikcə dərin problemə çevrilib:
"Ölkələrin paytaxtlarında, müəyyən şəhərlərində tıxac problemi yaşanır. Bu problemlə bağlı Azərbaycanda da müəyyən mübarizə gedir. İldən-ilə Azərbaycana minik avtomobillərinin idxalı artır. Aldığım məlumata görə 18% civarında idxal artıb. Bunun 75%-i Bakı şəhərində istifadə olunur. Əsas problem də bunan qaynaqlanır. İctimai nəqliyyatın yükünü artırıb şəxsi nəqliyyatların sayını azaltmaq lazımdır. Bunun üçün də konsepsiya hazırlanıb hökumətə təqdim edilməlidir. Bu məsələ həllini tapsa yollardakı sıxlığın böyük ölçüdə qarşısı alınacaq".
Deputatın sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu problemin həlli istiqamətində müəyyən addımlar atırlar:
"Xaricdən ölkəyə kifayət qədər çox maşın gətirilir. Elə ailələr var ki evlərində bir yox, iki avtomobil var. Bu say da durmadan arıtır. Ona görə də daha çox ictimai nəqliyyatdan istifadə etmək lazımdır".
Şəbnəm Zahir

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"