Ələkbər Yasamallının evi qarət edildi, özü isə hədələnir

Ələkbər Yasamallının evi qarət edildi, özü isə hədələnirMeyxanaçı Ələkbər Yasamallının evini talayıblar.
azxeber.com bildirir ki, bu barədə qaynarinfo-ya onun özü məlumat verib. Meyxanaçı bildirib ki, onun evinə gecə vaxtı bir dəstə adam daxil olub və bütün əşyalarını aparıblar:
"45 yaşım var, bundan sonra mənə torpağın üstü deyil, altı maraqlıdır. Burada söhbət konkret cinayət əməlindən gedir. 2005-ci ildə tiktiyim evin qarşısı yola açılır. Alverçi olmadığımdan həmin sahə ilə maraqlanmamışam. İndi bir dəstə adam gəlib mənə həmin ərazi üçün küllü miqdarda pul təklif edib. Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar. Hadisənin video görüntüləri var". 
Meyxanaçı evinin talanmasında bu şəxsi ittiham edib:
"Məhləni əlimizdən alıb meyvə dükanı açmaq istəyirlər. Evin ustasını, qavrolçunu hədələyirlər. Elə vəzifəli adamların adlarını çəkirlər ki, adamı vahimə basır. Hər gün gəlir, evdən çıxmağımızı tələb edir. Deyirəm ki, sən mənim evimdə meyvə satmaq istəyirsən, amma sənin əlin-qolun var. Şəhid balası torpağın altındadır. Sən onun torpağına əl qoyursan. Onun ailəsinin öz evində yaşaması daha çox onun haqqıdır. Gəl nə tikirsənsə tik, heç olmasa şəhidin balasının haqqını ver".
Ələkbər Yasamallı artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduğunu qeyd edib:
"Məni qorxudur. Deyir ki, birbaşa yuxarıya çıxışım var. Qazidir, Şamaxıdandır, dediyinə görə zavodu var, amma mənim bir tikəmi də əlimdən almaq istəyir. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim". 

Şou Biznes       Tarix: 01 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Hudutsuz sevda'nın aktrisası nişanlandı

Türkiyənin "Sureç Film" şirkətinin sahibi İsmayıl Gündoğdu ilə tanınmış aktrisa Zəhra Yılmaz ailə qurmaq yolunda ilk addımı ataraq nişanlanıblar. . Cütlüyün nişan mərasimində incəsənət aləmindən tanınmış simala

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan Yeliz Kaya ifadəsində diqqət çəkən iddialar səsləndirib. xəbər verir ki, yerli KİV-in məlumatına görə, Haluk Leventin köməkçis

Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı

Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib. Aktrisa bu barədə Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb

Aygün Kazımova Röyagilə qonaq getdi

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanın evində qonaq olub. xəbər verir ki, bu barədə müğənni Kazım Can instaqram hesabında paylaşım edib. Görüntülər qısa müddətdə izləyicilərin marağına səbəb olub

ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama

Müğənni Nuran ilə ARB TV arasında gərginlik yarandığı iddia olunub. xəbər verir ki, bu barədə müğənni özü məlumat verilib. Məlumata görə, buna səbəb müğənninin öncədən lentə alınmış görüntü və açıqlamalarının heç bir rəsm

Elşən Ozan Akbaba ilə bir arada - Fotolar

Aktyor Elşən Orucov türkiyəli həmkarı Ozan Akbaba ilə bir araya gəlib. xəbər verir ki, sənətçilər "Çırak 2" serialının çəkiliş meydançasında görüşüblər. Ekran işində rol alan Elşən layihənin birinci hissəsində d

Avropada müğənnilər məni təkrarlayırlar

"Evim elə muzeydir. Hərdən qarderobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları, qarderobu boşaltmalı oluram. Evim aksessuarlarla da doludur". axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artis

Türkiyəli məşhurlar saxlanıldı

Türkiyənin Bakırköy Cumhuriyyət Baş Prokurorluğu narkotiklərlə mübarizə çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verib. Şübhəlilər arasında sənətçi, aktyor, iş adamı və obyekt sahiblərinin olduğu bildirilib. Əməliyya

Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram

Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Axşam.az-a istinafdən xəbər verir ki, aktrisa "İki başlı" proqramında heç vaxt avtomobil idarə etmədiyini deyib. O, sürücü ilə hərəkə


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun cəbhədən son dəqiqə kriminal bugun apa.az xeberler