Elektrikli avtomobillərlə bağlı mühüm QƏRAR
Avropa İttifaqı (Aİ) 2035-ci ildən yalnız elektrikli avtomobilləri qeydiyyata almağı planlaşdırır, digər sürücülər üçün heç bir istisna olmayacaq.
Bu barədə Almaniyanın "Handelsblatt" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, bu təkliflərin həm Avropa Parlamentində, həm də Aİ Şurasında təsdiqlənəcəyi aydın görünür.
Qəzetin yazdığına görə, Fransa Avropa Komissiyasının təklifini az qala birəbir həyata keçirməyi planlaşdırır. Bu o deməkdir ki, Aİ 2035-ci ildən sürərkən karbon qazı buraxan yeni minik və yüngül kommersiya avtomobillərinin qeydiyyatına icazə verməyəcək. Bunun üçün mövcud olan yeganə texnologiya elektrikli avtomobildir.
Bununla əlaqədar olaraq Avropa Avtomobil Təchizatçıları Assosiasiyası (CLEPA) Aİ-də yarım milyona qədər iş yerinin itiriləcəyini ehtimal edir.
Məsələ ilə bağlı səsvermənin çərşənbə günü keçiriləcəyi gözlənilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı