Elektron siqaret və veyplər siqaretdən də zərərlidir - İnsanın DNT kodunu dəyişir
Siqareti tərgitmək və yaxud siqaretin zərərindən qorunmaq istəyənlər son zamanlar veyp deyilən xüsusi elektron siqaretlərinə meyl edir və bu dəb halını alır.
Elektron siqaret və veyp çəkərkən ağciyərlərə tütün tüstüsü çəkməyəcəklərini , ağciyər xərçəngindən uzaq olacaqları fikrini marketinq reklamları diktə edir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ABŞ alimləri son elmi araşdırmalarında əslində veyp və elektron siqaretin elə siqaretdən də zərərli olduğu və heç bir fərqin olmadığnı sübut ediblər.
Belə ki, təcrübədə 45 nəfər insanın qan analizi aparılıb. Onların içində veyp çəkənlər, siqaret çəkənlər və heç çəkməyənlər var idi. Bütün iştirakçılar eyni yaş və cinsdən idi.
Tədqiqat zamanı epigenetic dəyişikliklər izlənilib. Epigenetik dəyişiklik - DNT strukturuna toxunmayan genlərin aktivliyini və onların dəyişilməsidir.
Bu genlərdə yandırılma və ya sönmə prosesi ətraf mühit amilləri: qidalanma, stress, fiziki güc, siqaret və içkinin təsirindən baş verir.
Nəticələr göstərdi ki, həm veyper, həm siqaret çəkənlərdə genlərdə dəyişikliklər, onların aktivliyinin düşməsi və DNT səviyyəsində dəyişməsi eyni dərəcədə baş verib.
Xüsusən onkoloji xəstəliklərin yaranmasında rol oynayan 2 kimyəvi birləşmə hər iki qrupda eyni olub.
Siqaret tüstüsündə olduğu kimi, elektron siqaretlərdə də kanserogen maddələr var.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ