Əli Əsədov Finlandiya və Litva nümayəndələri ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 11-də Finlandiya Statistika İdarəsinin Baş direktoru Markus Sovala və Litva Statistika Departamentinin Baş direktoru Yurate Petrauskiene ilə görüşüb.
Nazirlər Kabinetindən KONKRET.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda statistika sahəsində islahatların aparıldığı, milli statistika sisteminin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi bildirilib.
Bakıda keçirilən "Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək" tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfransın əhəmiyyəti vurğulanıb.
Layihə çərçivəsində ölkəmizdə biznes statistikası sahəsinin müxtəlif istiqamətlərinin təkmilləşdirilməsi, o cümlədən kiçik və orta biznes üzrə statistik məlumatlarla işləyən yerli mütəxəssislərin potensialının artırılması ilə bağlı müzakirələr aparılıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq