Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə danışıb
Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə danışıb
Mayın 21-də İran tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumata görə, telefon danışığı əsnasında koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə iki ölkə tərəfindən görülən uğurlu tədbirlərə dair məlumat mübadiləsi aparılıb.
İran tərəfi pandemiyaya qarşı mübarizə məqsədilə göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib.
Yükdaşımalarının fasiləsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər xüsusi vurğulanıb.
İran tərəfi pandemiya dövründə İran vətəndaşlarının Azərbaycan ərazisindən öz ölkələrinə qayıtmaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. İran tərəfi mayın 22-də daha 120 İran vətəndaşının Astara keçid məntəqəsindən öz ölkələrinə qayıtmaları barəsində məlumatlandırılıb.
İran tərəfi Azərbaycanda məhkum olunan İran vətəndaşlarının humanizm prinsiplərinə əsaslanaraq ekstradisiyasının mümkünlüyünü nəzərdən keçirməyi bir daha xahiş edib.
Telefon danışığı əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var