Əli Kərimlinin ABŞ səfirini müdafiə etməyə uğursuz cəhdi - ŞƏRH

Əli Kərimlinin ABŞ səfirini müdafiə etməyə uğursuz cəhdi - ŞƏRHÖtən əsrin sonlarından çox da keçməyib, amma ən mürəkkəb dövr kimi həyatımıza yazılan o illərdə baş verənlər azərbaycanlıların milli şüurunda böyük dəyişikliklərə səbəb olub.
1980-lərin sonları, 1990-ların əvvəlində həyasızcasına torpaqlarımıza göz dikən Ermənistandan və onun havadarı Rusiyadan canımızı qurtarmaq naminə kollektiv Qərbə, xüsusilə də Amerika Birləşmiş Ştatlarına, demokratik dəyərlərə çox güvənirdik. Çünki demokratik dəyərlər nəticəsində təşəkkül tapmış beynəlxalq hüquq normaları bizim haqlı olduğumuzu sübüt edirdi.
Amma həmin qanunları 30 ilə yaxın dövrdə kobudcasına tapdalayan Ermənistanla bağlı ATƏT-in Minsk qrupunun ədalətsiz davranışı fikirlərimizi dəyişdirdi. Çox təəssüf ki, xəyal qırıqlığına uğradığımız dövlətlərdən biri də ABŞ oldu.
Azərbaycan dövləti və xalqı strateji tərəfdaş olduğumuz ABŞ-ni hər zaman fərqləndirirdi. Hansısa qüvvələrin ABŞ haqqında imperialist dövlət olması fikrini belə yaxına buraxmırdıq. Bəzən uzaq Vaşinqtondan səsləndirilən anti-Azərbaycan, anti-Türkiyə bəyanatlarının arxasında erməni lobbisinin dayandığını deməklə özümüzə təsəlli verməyə çalışır, Ağ Evə böyük sevgi ilə yanaşırdıq. Xalqların həbsxanası olan Sovet imperiyası dağılarkən ABŞ-nin mütləq yeni yaranmış müstəqil dövlətləri dəstəkləməsi barədə 34-cü prezident Duayt Devid Eyzenhauerin nəsihətlərini xatırladırdıq.
İllər keçdi, müstəqil Azərbaycan dövləti təbii sərvətlərini ilk növbədə Qərblə bölüşdü, xalqımızın tolerant, multikultural dəyərlərə, qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu, bütün qonşuları ilə dinc şəraitdə yaşamaq istədiyini sübut etmək üçün dəridən-qabıqdan çıxdıq.
Lakin bu müddət ərzində demokratiyanın beşiyi saydığımız nəhəng ölkənin də Qarabağ məsələsində mövqeyinin Ermənistanın hərbi müttəfiqi olan, hətta "Dağlıq Qarabağ ərazisi istisna olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" deyən Rusiya kimi təcavüzkar ölkədən fərqlənmədiyini gördük, artıq yalnız özümüzə və Türkiyəyə güvənməli olduğumuzu anladıq.
Üstəlik, kollektiv Qərbin NATO və Avroatlantik məkana can atan azadlıqsevər Gürcüstanın, Ukraynanın dadına vaxtında çatmadığına da şahid olduq. Əslində bütün Avropanı qəsbkar Rusiyanın təcavüzündən qorumaq naminə sinəsini irəli verən Ukraynanın şəhərlərinin, kəndlərinin bombardman olunduğu, torpaqlarının rus əsgərlərinin çirkli çəkmələri altında tapdalandığı, əhalisinin amansızcasına qətlə yetirildiyi, misli görünməmiş zorakılıqlara, işgəncələrə məruz qaldığı bir vaxtda amerikalı konqresmenlərin "pul ayıraq, ya ayırmayaq" mübahisəsini, avropalı siyasətçilərin "silah verək, ya verməyək" didişməsini görmək çox ağrılı və üzücü proses idi.
Bu mənada, Prezident İlham Əliyevin torpaqlarımızın erməni-rus işğalından azad edilməsi naminə atdığı addımların, qəbul etdiyi qərarların misilsiz olduğunu bir daha dərk etdik. Biz əsl müstəqil dövlətə xas tərzdə öz torpaqlarımızı düşmənin caynağından geri ala bildik.
Ərazi bütövlüyümüzü bərpa etdikdən sonra isə bəzi Qərb ölkələrinin, o cümlədən Fransa, ABŞ kimi dövlətlərin diplomatlarının gülməli və məntiqsiz demarşlarının şahidi olduq. Ermənistanın Baş naziri Qarabağın Azərbaycan torpaqları olduğunu bütün dünyaya bəyan etdi. Amma erməni faşizminin Qarabağdakı vandalizmini ölkəmizdə olan diplomatik korpusun diqqətinə çatdırmaq istəyən rəsmi Bakının təşəbbüsü ABŞ və Fransa səfirləri tərəfindən qəbul edilmədi. Amerikalı və fransalı səfirlər həmkarları ilə birlikdə nəinki Ağdama, Şuşaya səfər etmədilər, hətta Şuşada keçirilən beynəlxalq tədbirlərdə iştirakdan da imtina etdilər. Bu, o zaman baş verirdi ki, ABŞ-nin və Fransanın Ermənistandakı səfirləri rəsmi İrəvanın Brüssellə birlikdə təşkil etdikləri sərhəd şoularında fəal iştirak edir, binokllu fotoları ilə erməni mediasının səhifələrini bəzəyirdilər.
Təbii ki, yaranmış durum Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurdu. Ermənistanın "bacısı" olan Fransanın düşük imicini bir kənara qoyuruq.
ABŞ kimi sanballı bir dövlətin Azərbaycandakı səfiri Mark Libbinin "Şuşaya nə zaman gedəcəksiniz" sualına verdiyi cavab vətəndaş cəmiyyətinin səbrini daşırdı. Diplomatının əndazəsiz hərəkətə yol verdiyini anlayan Vaşinqton müsahibədən iki gün sonra onu Şuşaya göndərməli oldu. Səfirin Şuşa səfərinə iki aylıq hazırlıq getməsi barədə açıqlaması isə amerikapərəstlərdə belə istehza doğurdu.
Əli Kərimlinin ABŞ səfirini müdafiə etməyə uğursuz cəhdi - ŞƏRHOdur ki, Prezident İlham Əliyevin "Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir? Heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır" fikri cəmiyyətdə böyük razılıqla qarşılandı.
Amma bu sözləri radikal müxalifət, xüsusilə də hakimiyyətin hər bir hərəkətində "nəsə" tapmağa çalışan AXCP sədri Əli Kərimli barədə söyləmək qeyri-mümkündür. Deyəcəksiniz, Əli Kərimli nə etdi? Hər zaman etdiyi kimi, ABŞ səfirinin müdafiəsinə qalxdı. Mark Libbinin xarici diplomatların Şuşaya səfərini "şouda iştirak" adlandırmasına haqq qazandırmağa, səfirin qınanmasına görə Azərbaycan hakimiyyətini borclu çıxarmağa çalışdı.
Hətta iddia etdi ki, hakimiyyət cəmiyyəti ABŞ və Avropaya qarşı qaldırmaqdan ötrü "Qərb, xüsusilə də ABŞ və Avropa İttifaqı bizim Qarabağdakı qələbəmizi həzm edə bilmir" kimi yalan uydurub. Bu yerdə adama deyərlər ki, get, heç olmasa, demokratik, azad Ukraynanın xalqı tərəfindən seçilmiş deputat Oleksi Qonçarenkonun internetdəki çıxışına bax!
Xatirinizdədirsə, AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmağa cəhd edərkən məhz Ukrayna nümayəndə heyətinin üzvü Oleksii Qonçarenko bu qurumu ölkəmizə qarşı qərəzli olmaqda ittiham etdi. Onun "AŞPA-nın Azərbaycana münasibəti bizi kədərləndirir. Qurum tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub" fikri bu qurumun Azərbaycana qarşı münasibətinin məhz ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonra dəyişdiyini sübut edir.
Bundan başqa, müxalifətçi deputat Erkin Qədirlinin "19-20 sentyabr antiterror tədbirlərindən sonra bizim qələbəmizi həzm edə bilmirlər" fikrini neyləyək?! Onu da hakimiyyət uydurub?! 
Məgər ölkə başçısının ünvanına "Niyə Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə getmirsən?" deyən elə Əli Kərimli və digər radikallar deyildimi? Buyurun, İlham Əliyev Qarabağın bütün şəhər və kəndlərinə, o cümlədən Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə də Azərbaycan bayrağını sancıb. Ən əsası, müharibəni gələcək nəsillərə saxlamayıb. Üçrəngli bayrağımızı Qarabağda yüksəklərə ucaldıb ki, hər kəs, o cümlədən siz də evlərinizdə rahat yaşayasınız.
AXCP sədri isə hələ də bu ilin 24 aprel tarixində, erməni soyqırımını, Qarabağdakı ermənilərin köçdüyünü Avropa Parlamentində (AP) xatırlada-xatırlada danışan, ölkəmizi sanksiyalarla hədələyən deputatları müdafiə edir. O, Qarabağdakı erməni vandalizminin izlərini Avropa Parlamentinin gözünə soxmur, böyük fəxarət hissi ilə və nəyisə icad etmiş kimi xatırladır ki, AP ölkəmizlə bağlı sərt bəyanatı 2023-cü il 13 sentyabrında – antiterror əməliyyatından 6 gün əvvəl qəbul edib. Nəzərə çatdırır ki, ABŞ və Avropa İttifaqı (Aİ) Azərbaycan xalqını incitmək istəmir, ona görə də elə addımlar atırlar ki, Azərbaycan hakimiyyətinin manipulyasiya imkanları aradan qalxsın. Buna misal olaraq AP-nin son qətnaməsində "Ermənistan, erməni və Qarabağ" sözlərinin istifadə olunmadığını söyləyir.
Yəqin ki, ona ən yaxşı cavabı vaxtilə AXC – Müsavat hakimiyyəti dövründə yüksək vəzifədə olmuş, hazırda ABŞ-də yaşayan politoloq Ramiz Yunus verib.
Ramiz Yunus qeyd edib ki, ABŞ səfirinin Şuşaya getməsi Dövlət Departamentinin müdaxiləsi nəticəsində baş verib: "ABŞ səfiri müsahibəsində bəzi təxribat xarakterli açıqlamalar verdi. Mən də daxil olmaqla hamı, sözün əsl mənasında, onun üzərinə getdi. Səfir deyirdi ki yaxın vaxtlarda Şuşaya getməyi planlaşdırmır. Nə oldu? Belə çıxır ki, Azərbaycan faktiki olaraq Dövlət Departamentini boyun əyməyə vadar etdi. Vəssalam".
Onun sözlərinə görə, bu addım hər kəsə, o cümlədən öz əhalisini noyantopanlaşdırmağa çalışan erməni kanallarına da mesajdır.
"Təkcə erməni platformalarında deyil, başqa platformalarda da xəyalları reallıq kimi təqdim etmək cəhdləri təəssüf doğurur. "Qərb hələ hər şeyi deməyib", "Qərb hələ də Azərbaycana qarşı hansısa tədbirlər görəcək, sanksiyalar tətbiq edəcək", "Avropa Parlamenti hansısa kağız parçası qəbul edir", ya da "ABŞ Konqresində hansısa ermənipərəst konqresmen Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi ilə gündəmə gəlir" kimi fikirlər yalnız çərənçilikdir. Heç nə olmayacaq".
Əli Kərimlidən fərqli olaraq politoloq Ramiz Yunus hesab edir ki, ABŞ səfirindən sonra fransalı səfir də Şuşaya getməli olacaq, çünki bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətin göstəricisidir. "ABŞ səfirindən sonra Fransa səfirinin və digərlərinin ora gedib-getməyəcəyinin artıq əhəmiyyəti yoxdur. Lakin,  heç olmasa, ATƏT-in Minsk qrupunun fransalı həmsədri kimi öz simasını saxlamaq üçün səfir Şuşaya səfər etməyə məcburdur. Çünki bu, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətin göstəricisidir. Əks halda bu, Fransa siyasətinin tam iflası olacaq. Səfir Parislə məsləhətləşdikdən sonra yenidən Azərbaycana qayıdıb. Ya bunu etməlidir, ya da müvafiq xəbərdarlıq edildikdən sonra persona non qrata elan ediləcək".
Politoloqun fikrincə, Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların getdiyi, ABŞ-nin bu addımı alqışladığı bir ərəfədə amerikalı səfirin Şuşaya getməsi həm də Azərbaycan cəmiyyətinə "ABŞ ATƏT-in Minsk qrupunun əsaslandığı cəfəngiyyatdan imtina edir. Bu səfərlə həmin səhifə çevrildi" mesajının verilməsidir.
Yeri gəlmişkən, mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın XİN başçısı İan Borqla görüşündə Prezident İlham Əliyev bildirib ki, ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan bütün təsisatlar ləğv olunmalıdır.
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 14 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər en son xeberler bu gun kriminal xeberler valyuta mezennesi