Əliyev daha əvvəl onunla görüşməmişdi – İlk yaşandı

Əliyev daha əvvəl onunla görüşməmişdi – İlk yaşandıPrezident İlham Əliyevin Bişkek Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Hindistanın Baş naziri Narenda Modi ilə görüşü diqqət çəkib.
Liderlərin səmimi dialoqunu əks etdirən görüntülər Bakı-Dehli münasibətləri fonunda maraqla qarşılanıb.
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, Prezident İlham Əliyev ilə Narendra Modinin ŞƏT Sammiti çərçivəsində keçirdiyi görüş iki ölkə arasında münasibətlərin inkişafı baxımından diqqətçəkən hadisədir:
"Liderlərin görüşü ilk dəfədir, baş tutur. Sentyabrın 1-də keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması Azərbaycan–Hindistan əlaqələrinin yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, regional və beynəlxalq gündəmin də tərəflər üçün əhəmiyyət daşıdığını göstərir.
Bu görüşün əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Hindistan kimi Cənubi Qafqaz və Cənubi Asiyanın mühüm dövlətlərinin yüksək səviyyədə birbaşa təmasları qarşılıqlı siyasi dialoqun davam etdirilməsi baxımından imkanlar yaradır.
Xüsusilə də, ŞƏT kimi regional əməkdaşlıq platformasının çərçivəsində keçirilən görüş tərəflərə həm ikitərəfli münasibətləri, həm də daha geniş regional məsələləri müzakirə etmək imkanı verir.
Görüşü Azərbaycan–Hindistan münasibətlərində dialoqun saxlanılması və qarşılıqlı maraqların müəyyənləşdirilməsi baxımından müsbət qiymətləndirərdim. Eyni zamanda, bu cür yüksək səviyyəli təmasların gələcəkdə iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-logistika əməkdaşlığının və digər praktiki istiqamətlərin inkişafına siyasi zəmin formalaşdırması mümkündür. Düşünürəm ki, Əliyev–Modi görüşünü iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli diplomatik təmas kimi qiymətləndirmək lazımdır".
Politoloq bildirib ki, görüşün konkret nəticələrindən daha çox, hazırkı mərhələdə onun yaratdığı siyasi kommunikasiya kanalları və gələcək əməkdaşlıq üçün formalaşdırdığı imkanlar diqqət çəkir:
"Pakistanla münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, eyni zamanda İslamabad və Dehli arasında münasibətlərin kifayət qədər həssas xarakter daşıdığını nəzərə alsaq, Azərbaycanın hər iki ölkə ilə qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətləri davam etdirməsi xarici siyasətimizin balanslı və praqmatik xarakterini nümayiş etdirir. Bakı üçün əsas məsələ tərəflərdən hər hansı birinin mövqeyinə qarşı mövqe tutmaq deyil, hər iki ölkə ilə öz milli maraqları çərçivəsində siyasi dialoqu və əməkdaşlıq imkanlarını qorumaqdır".

Siyasi       Tarix: 01 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler